Biblia Todo Logo
在线圣经

- 广告 -




MATTA 5:3 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

3 «Nə bəxtiyardır ruhən yoxsullar! Çünki Səmavi Padşahlıq onlarındır.

参见章节 复制

Azərbaycan Bibliyası 2008

3 «Nə bəxtiyardır ruhən yoxsullar! Çünki Səmavi Padşahlıq onlarındır.

参见章节 复制

ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

3 «Nə bəxtiyardır ruhən yoxsullar! Çünki Səmavi Padşahlıq onlarındır.

参见章节 复制

МУГӘДДӘС КИТАБ

3 «Нә бәхтијардыр руһән јохсуллар! Чүнки Сәмави Падшаһлыг онларындыр.

参见章节 复制




MATTA 5:3
55 交叉引用  

İnsanı təkəbbürü alçaldar, İtaətkar şərəfə çatar.


Məzlumlar arasında sadə qəlbli olmaq Təkəbbürlülərlə talan malı bölüşdürməkdən yaxşıdır.


Sizə deyirəm ki, o farisey yox, vergiyığan evinə saleh sayılaraq getdi. Çünki özünü yüksəldən hər kəs aşağı tutulacaq, özünü aşağı tutansa yüksəldiləcək».


Ey sevimli qardaşlarım, dinləyin: Allah bu dünyada kasıbları imanda zənginləşmək və Onu sevənlərə vəd etdiyi Padşahlığın varisi olmaq üçün seçmədimi?


Amma İsa dedi: «Daha doğrusu, Allahın kəlamını eşidib ona riayət edənlər nə bəxtiyardır!»


O vaxt İsa davam edərək dedi: «Ey yerin-göyün Sahibi olan Ata! Səndən razıyam ki, bu şeyləri müdrik və dərrakəli adamlardan gizlədib körpələrə agah etdin.


«Rəbbin Ruhu üzərimdədir, Çünki fəqirlərə Müjdəni bildirmək üçün O Məni məsh etdi. Əsirlərə azadlıq, Korlara gözlərinin açılmasını elan etmək üçün, Məzlumları sərbəstliyə buraxmaq üçün,


Bunu görən İsa acıqlanaraq onlara dedi: «Uşaqları buraxın, qoy Mənim yanıma gəlsinlər! Onlara mane olmayın! Çünki Allahın Padşahlığı belələrinə məxsusdur.


Amma sizin gözləriniz nə bəxtiyardır, çünki görürlər və qulaqlarınız nə bəxtiyardır, çünki eşidirlər!


Sınağa dözən adam nə bəxtiyardır! Çünki sınaqdan keçəndən sonra Rəbbin Onu sevənlərə vəd etdiyi həyat tacını alacaq.


İsa ona dedi: «Sən Məni gördüyün üçünmü iman etdin? Görmədən iman edənlər nə bəxtiyardır!»


Nə bəxtiyardır o qul ki, ağası evinə qayıdanda onu iş başında görür!


varlı qardaşsa öz həqirliyi ilə fəxr etsin, çünki varlı insan otun çiçəyi kimi solub gedəcək.


İndi, ey övladlar, mənə qulaq asın: Yoluma bağlı qalan nə bəxtiyardır!


Xalatlarını günahdan təmizləyənlər nə bəxtiyardır! Bununla da həyat ağacından yeməyə icazələri olacaq, darvazalardan keçib şəhərə girəcəklər.


Onda mələk mənə dedi: «Yaz: Quzunun toy ziyafətinə dəvət olunanlar nə bəxtiyardır!» Yenə də mənə dedi: «Bunlar Allahın həqiqi sözləridir».


O zaman Padşah sağındakılara deyəcək: “Ey sizlər, Atamın xeyir-dua verdiyi adamlar! Gəlin, dünya yaranandan bəri sizin üçün hazırlanmış olan Padşahlığı irs alın.


Kim Mənə görə büdrəməsə, nə bəxtiyardır!»


Sizə deyirəm ki, şərqdən və qərbdən bir çoxu gələcək və Səmavi Padşahlıqda İbrahimlə, İshaqla və Yaqubla bir süfrəyə oturacaq.


O belə deyirdi: «Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb».


Amma İsa dedi: «Uşaqları buraxın, qoy Mənim yanıma gəlsinlər! Onlara mane olmayın! Çünki Səmavi Padşahlıq belələrinə məxsusdur».


Atam Mənə bir padşahlıq tapşırdığı kimi Mən də sizə bir padşahlıq tapşırıram;


belə ki Mənim Padşahlığımda süfrəmdə yeyib-içəsiniz və İsrailin on iki qəbiləsinə hökm etmək üçün taxtlarda oturasınız.


Çünki deyirsən: “Varlıyam, zəngin olmuşam və heç nəyə möhtac deyiləm”. Amma bilmirsən ki, zəlil, yazıq, yoxsul, kor və çılpaqsan.


跟着我们:

广告


广告