Biblia Todo Logo
在线圣经

- 广告 -




ÇIXIŞ 24:4 - Azərbaycan Bibliyası 2008

4 Musa Rəbbin bütün sözlərini yazdı. O, səhər erkən durub dağın ətəyində qurbangah və İsrailin on iki qəbiləsinə görə on iki sütun qurdu.

参见章节 复制

ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

4 Musa Rəbbin bütün sözlərini yazdı. O, səhər erkən durub dağın ətəyində qurbangah və İsrailin on iki qəbiləsinə görə on iki sütun qurdu.

参见章节 复制

МУГӘДДӘС КИТАБ

4 Муса Рәббин бүтүн сөэләрини јаэды. О, сәһәр еркән дуруб дағын әтәјиндә гурбанҝаһ вә Исраилин он ики гәбиләсинә ҝөрә он ики сүтун гурду.

参见章节 复制




ÇIXIŞ 24:4
27 交叉引用  

Musa bu qanunu yazıb sonra Rəbbin Əhd sandığını aparan Levili kahinlərə və bütün İsrail ağsaqqallarına verdi.


Yaqub səhər tezdən qalxdı. O, başının altına qoyduğu daşı götürüb sütun kimi qoydu və üstünə zeytun yağı tökdü.


Şəhər divarının on iki təməli var idi və təməllərin üstündə Quzunun On İki həvarisinin adı var idi.


Cəmiyyətin sütunları sayılan Yaqub, Kefa və Yəhya mənə bağışlanan lütfü tanıdıqda mənə və Barnabaya sağ əllərini uzatdılar ki, şərikliyimiz olsun. Ona görə ki biz başqa millətlərin, onlarsa sünnətlilərin yanına getsin.


belə ki Mənim Padşahlığımda süfrəmdə yeyib-içəsiniz və İsrailin on iki qəbiləsinə hökm etmək üçün taxtlarda oturasınız.


Allahın evinin təqdisi üçün yüz buğa, iki yüz qoç, dörd yüz quzu və bütün İsrail üçün qəbilələrinin sayına görə günah qurbanı olaraq on iki təkə təqdim etdilər.


Axiya əynində olan təzə paltarı götürüb on iki yerə cırdı.


Yeşua İordan çayından götürülmüş həmin on iki daşı Qilqalda qoydu.


«İsrail övladlarına de və hər qəbilə üçün bir əsa götür. Qəbilə rəhbərlərinin hər birindən alınan on iki əsa olacaq. Hər birinin adını öz əsasının üzərinə yaz.


Narın un götürüb hər kökə bir efanın onda ikisi qədər miqdarda on iki kökə bişir.


Daşlar İsrailin oğullarının adlarına görə on iki dənə olsun; hər daş on iki qəbilədən birinin adının oyma möhürü olsun.


Yaqub bir daş götürüb sütun kimi qoydu.


Sütun kimi qoyduğum bu daş da Allahın evi olacaq. Ay Allah, mənə verəcəyin hər şeyin onda birini Sənə verəcəyəm».


Rəbb Musaya dedi: «Bunu xatirə olaraq kitaba yaz, Yeşuanın qulağına çatdır ki, Mən Amaleqin adını büsbütün yer üzərindən siləcəyəm».


Musa bir qurbangah düzəldərək adını Yahve-Nissi qoyub


Sən onların qarşısına bu hökmləri qoymalısan:


O, əhd kitabını əlinə alıb xalqa ucadan oxudu və onlar dedilər: «Rəbbin söylədiyi bütün sözlərə əməl edib qulaq asacağıq!»


Rəbb Musaya dedi: «Bu sözləri yaz, çünki bu sözlərə görə Mən səninlə və bütün İsraillə əhd kəsirəm».


O gün Misir ölkəsində Rəbbə qurbangah qurulacaq, sərhədində isə Ona sütun tikiləcək.


Rəbb İbrama görünüb dedi: «Bu torpağı sənin nəslindən olana verəcəyəm». İbram ona görünən Rəbbə orada bir qurbangah düzəltdi.


Yeşua onlara dedi: «Allahınız Rəbbin sandığı önündən İordan çayının ortasına keçib İsrail qəbilələrinin sayına görə hərəniz çiyninizə bir daş götürün.


İlyas Yaqub oğulları qəbilələrinin sayına görə on iki daş götürdü, çünki Yaquba «sənin adın İsrail olacaq» deyə Rəbbin sözü nazil olmuşdu.


Əhdi möhürləyənlər bunlar idi: Xakalya oğlu vali Nehemya, Sidqiya,


跟着我们:

广告


广告