Biblia Todo Logo
在线圣经

- 广告 -




ÇIXIŞ 23:6 - Azərbaycan Bibliyası 2008

6 Möhtac olan adamın məhkəmə işində ona qarşı ədaləti təhrif etmə.

参见章节 复制

ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

6 Möhtac olan adamın məhkəmə işində ona qarşı ədaləti təhrif etmə.

参见章节 复制

МУГӘДДӘС КИТАБ

6 Мөһтаҹ олан адамын мәһкәмә ишиндә она гаршы әдаләти тәһриф етмә.

参见章节 复制




ÇIXIŞ 23:6
23 交叉引用  

Mən cəza vermək üçün sizə yaxınlaşacağam. Ovsunçulara, zinakarlara, yalandan and içənlərə, muzdurun, dul qadının, yetimin, qəribin haqqını tapdalayanlara – Məndən qorxmayanlara qarşı tezliklə şahid olacağam» Ordular Rəbbi belə deyir.


Onlar piylənib, yoğunlaşıb, Pis işlərlə hədlərini aşıb, Məhkəmə işlərini, Yetimlərin işlərini Ədalətlə həll etmirlər ki, Qalib gəlsinlər. Yoxsulların haqqını müdafiə etmirlər».


Əgər bir vilayətdə yoxsullara zülm edildiyini, ədalət və salehliyin ayaq altında tapdalandığını görürsənsə, gördüyünə təəccüb etmə. Çünki hər vəzifə başında olana özündən yuxarıda bir nəzarətçi qoyulub və onların başında da özlərindən yuxarıda olanlar var.


“Qoy qəribə, yetimə, dul qadına haqsızlıq edənə lənət olsun!” Bütün xalq desin: “Amin!”


Hökm çıxararkən haqsızlıq etməyin, heç kimin tərəfini saxlamayın. Rüşvət almayın, çünki rüşvət müdrik insanın belə, gözlərini kor edir və məhkəmədə məsum bir insana qarşı səhv qərara yol verir.


Məhkəmədə haqsızlıq etməyin. Nə yoxsula üstünlük ver, nə də varlıya meyl sal, amma bir-birinizi ədalətlə mühakimə edin.


qəribə, yetimə və dul qadına zülm etməsəniz, bu yerdə günahsız qan tökməsəniz, özünüzə zərər vuraraq başqa allahların tərəfdarı olmasanız,


Hamısı inadkar dönükdür, Böhtançılar kimi dolaşan adamlardır. Tunc və dəmir kimi sərtdirlər, Hamısı pozğun olub.


Əgər mənimlə çəkişəndə Nökərlərimin və kənizlərimin Haqqını yemişəmsə,


İndi sizin üzərinizdə Rəbb qorxusu olsun. Ehtiyat edin, çünki Allahımız Rəbdə haqsızlıq, tərəfkeşlik, rüşvətxorluq yoxdur».


Oğulları onun yolu ilə getməyib şərəfsiz qazanc ardınca düşdülər və rüşvət alıb düzgün olmayan hökmlər verirdilər.


Məhkəmədə salehi haqsız çıxarmaq üçün Pis adama tərəfkeşlik etmək yaxşı deyil.


Kasıbı fəqir olduğu üçün soyma, Darvazada məzlumu zülmə salma.


İçəndə qayda-qanunu unudarlar, Bütün məzlumların haqqını pozarlar.


Vay halına rüşvət alıb təqsirkara bəraət qazandıranların, Haqlıların haqqını əlindən alanların!


跟着我们:

广告


广告