Biblia Todo Logo
在线圣经

- 广告 -




ÇIXIŞ 22:22 - Azərbaycan Bibliyası 2008

22 Heç bir dul qadına və yetimə əziyyət verməyin.

参见章节 复制

ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

22 Heç bir dul qadına və yetimə əziyyət verməyin.

参见章节 复制

МУГӘДДӘС КИТАБ

22 Һеч бир дул гадына вә јетимә әэијјәт вермәјин.

参见章节 复制




ÇIXIŞ 22:22
23 交叉引用  

Yaxşılıq etməyi öyrənin, Ədaləti axtarın, Məzlumları qurtarın, Yetimin haqqını qoruyun, Dul qadını müdafiə edin».


Qəribi və yetimi ədalətdən məhrum etməyin və dul qadının geyimini girov götürməyin.


Başçılarınız üsyankar olub oğrularla əlbirdir. Hər kəs rüşvəti sevir, bəxşiş dalınca düşür. Yetimin haqqını qorumur, Dul qadını müdafiə etmək haqqında düşünmür.


Ata Allahın hüzurunda pak və nöqsansız möminlik budur: yetimlərə və dullara onların əziyyətlərində qayğı göstərmək və özünü dünyadan qoruyub ləkəsiz olmaq.


Dul qadına, yetimə, qəribə və yoxsula zülm etməyin. Ürəyinizdə bir-birinizə qarşı pis niyyətlər tutmayın”.


Sənin içində ata-anaya hörmət edilmir, sənin içində qəribə qarşı zorakılıq, yetimə və dul qadına haqsızlıq edilir.


Yoxsullardan ədaləti əsirgəyənlərin, Xalqımın kasıblarının haqqını əlindən alanların, Dul qadınları soyanların, Yetimlərin malını ələ keçirənlərin vay halına!


“Qoy qəribə, yetimə, dul qadına haqsızlıq edənə lənət olsun!” Bütün xalq desin: “Amin!”


O, yetimin və dul qadının haqqını qoruyur. Qəribi sevir, ona çörək və paltar verir.


Misirdə kölə olan zaman Allahınız Rəbbin sizi oradan necə qurtardığını xatırlayın. Bunun üçün belə rəftar etməyi sizə əmr edirəm.


Əgər yoxsulların istədiklərini bir kənara qoymuşamsa, Dul qadının ümidini qırmışamsa,


Qədim sərhəd daşının yerini dəyişmə, Yetimlərin əkininə girmə.


Çünki onların Hamisi qüvvətlidir, Səninlə olan münaqişəyə O baxar.


qəribə, yetimə və dul qadına zülm etməsəniz, bu yerdə günahsız qan tökməsəniz, özünüzə zərər vuraraq başqa allahların tərəfdarı olmasanız,


o zaman burada əbədilik atalarınıza verdiyim torpaqda sizi yaşamağa qoyacağam.


Mən cəza vermək üçün sizə yaxınlaşacağam. Ovsunçulara, zinakarlara, yalandan and içənlərə, muzdurun, dul qadının, yetimin, qəribin haqqını tapdalayanlara – Məndən qorxmayanlara qarşı tezliklə şahid olacağam» Ordular Rəbbi belə deyir.


Məbada “yeddinci il – borcların bağışlanma ili yaxındır” deyərək ürəyinizə pis fikirlər gətirəsiniz. Soydaşınız üçün xəsislik etməyin, ona kömək etməkdən boyun qaçırmayın. Yoxsa kasıb soydaşınız sizdən Rəbbə şikayət edər və günah qazanarsınız.


Ona görə yoxsulların fəryadı Onun hüzuruna yetdi, O, fəqirlərin fəryadını eşitdi.


Amma Sən bu əzab-əziyyətə baxırsan, Məzluma kömək əlini uzadırsan. Biçarə özünü Sənə tapşırar, Yetimlərin imdadı Sənsən.


Rəbdən qorxanları Onun mələyi müdafiə edər, Onlara zəfər verər.


Çünki onların münaqişəsinə Rəbb baxar, Onları soyanları soyub-talayar.


跟着我们:

广告


广告