Biblia Todo Logo
在线圣经

- 广告 -




ÇIXIŞ 17:6 - Azərbaycan Bibliyası 2008

6 Orada – Xorevdəki qayanın üstündə Mən sənin önündə dayanacağam. Zərbə ilə qayaya vur və oradan xalq üçün içməli su çıxacaq». Musa da İsrail ağsaqqallarının gözü qarşısında bunu etdi.

参见章节 复制

ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

6 Orada – Xorevdəki qayanın üstündə Mən sənin önündə dayanacağam. Zərbə ilə qayaya vur və oradan xalq üçün içməli su çıxacaq». Musa da İsrail ağsaqqallarının gözü qarşısında bunu etdi.

参见章节 复制

МУГӘДДӘС КИТАБ

6 Орада – Хоревдәки гајанын үстүндә Мән сәнин өнүндә дајанаҹағам. Эәрбә илә гајаја вур вә орадан халг үчүн ичмәли су чыхаҹаг». Муса да Исраил ағсаггалларынын ҝөэү гаршысында буну етди.

参见章节 复制




ÇIXIŞ 17:6
24 交叉引用  

və eyni ruhani içki içdi. Çünki onlar ardlarınca gələn ruhani Qayadan içirdi. O Qaya da Məsih idi.


Atalarımız acanda onlara göylərdən çörək göndərdin. Susayanda onlar üçün qayadan su çıxardın. Atalarımıza əmr verdin ki, vəd etdiyin torpağa girib sahib olsunlar.


Rəbb sizi o böyük və qorxunc səhrada, zəhərli ilan və əqrəblərlə dolu olan o susuz şoran torpaqlarda gəzdirdi, sizə sərt qayalardan su çıxartdı.


Qayanı yararaq suyu fışqırtdı, Quraq yerə çay kimi axdı.


İsa ona cavab verdi: «Əgər sən Allahın bəxşişini və “Mənə su ver, içim” deyənin Kim olduğunu bilsəydin, özün Ondan su istəyərdin, O da sənə həyat suyu verərdi».


Qayanı gölməçəyə döndərən, Çaxmaq daşını çeşməyə çevirən Odur.


Bir çay var ki suları Allahın şəhərinə axır, Haqq-Taalanın müqəddəs məskəninə sevinc gətirir.


Nə olsun qayaya vuranda sular axdı, Sellər aşıb-daşdı. Görəsən O, çörək verə bilərmi? Xalqına ət verə bilərmi?»


Ruh da, gəlin də deyir: «Gəl!» Qoy eşidən də desin: «Gəl!» Susayan qoy gəlsin, arzu edən həyat suyunu müftə götürsün.


amma Mənim ona verəcəyim sudan kim içsə, heç vaxt susamaz. Lakin ona verəcəyim su onun daxilində əbədi həyat verən bir su qaynağına çevriləcək».


Səhradan keçərkən susuzluq çəkmədilər. Rəbb onlar üçün qayadan su axıtdı, Qayanı yardı və oradan su fışqırdı.


Harun bütün İsrail övladlarının icması ilə danışdığı vaxt onlar səhraya baxıb Rəbbin əzəmətinin buludda göründüyünü gördülər.


Sən isə əsanı qaldırıb, əlini dənizin üzərinə uzat, sularını yar ki, İsrail övladları dənizin ortasında quru yerdən keçsinlər.


«Əsanı götür, sən və qardaşın Harun icmanı toplayın və onların gözü önündə qayaya su versin deyə söyləyin. Qayadan onlara su çıxart, icmaya və heyvanlarına içirt».


Seir dağının yolu ilə getmək üçün Xorevdən Qadeş-Barneaya qədər on bir günlük yol var idi.


Sən bulaqlar açıb sellər axıtdın, Həmişəaxar çayları isə qurutdun.


İştahaları artdı, yemək tələb etdilər, Ürəklərində Allahı sınağa çəkdilər.


Dar günündə Məni çağırdın, Mən də səni qurtardım. Gurlayaraq tufan içindən sənə cavab verdim, Meriva sularında səni sınadım. Sela


跟着我们:

广告


广告