Biblia Todo Logo
在线圣经

- 广告 -




ÇIXIŞ 15:9 - Azərbaycan Bibliyası 2008

9 Düşmən dedi: “İzləyim, çatıb qənimət paylayım: Bundan canım doyacaq, Qılıncımla onları məhv edəcəyəm”.

参见章节 复制

ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

9 Düşmən dedi: “İzləyim, çatıb qənimət paylayım: Bundan canım doyacaq, Qılıncımla onları məhv edəcəyəm”.

参见章节 复制

МУГӘДДӘС КИТАБ

9 Дүшмән деди: “Иэләјим, чатыб гәнимәт пајлајым: Бундан ҹаным дојаҹаг, Гылынҹымла онлары мәһв едәҹәјәм”.

参见章节 复制




ÇIXIŞ 15:9
15 交叉引用  

«Bəlkə qənimət malını tapıb bölüşdürürlər, Yəqin ki hər igidə bir-iki qız düşür. Sisraya talan malından düşür əlvan geyimlər, Bəli, talan malından naxışlı əlvan geyimlər. Qarət etdiklərinin içindən tapıb bölüşdürdülər, Talançıların boyunları üçün İki tərəfdən əlvan naxışlı geyimlər».


Misir padşahına İsrail xalqının qaçdığını xəbər verəndə firon və məmurlarının fikri dəyişdi. Onlar dedilər: «Biz nə üçün belə etdik? İsrail övladları bizim qullarımız idi. Axı niyə onları buraxdıq?»


Amma ondan güclüsü ona hücum edib qalib gələrsə, onda onun güvəndiyi silahları əlindən alıb talan mallarını bölüşdürər.


Buna görə Mən ona böyük adamların arasında pay verəcəyəm. O, qəniməti güclülərlə böləcək. Çünki o, canını fəda etdi, Üsyankarlara tay tutuldu. Çox adamların günahını üzərinə götürdü, Üsyankarlardan ötrü yalvardı.


Cəngavərləri fırtına tək Bizi dağıtmağa gələndə Onların başını öz nizələri ilə deşdin. Onlar gizlənən zavallıları Məhv edənlər kimi sevinərdi.


Binyamin acgöz bir qurddur, Səhər ovunu yeyər, Axşam qənimət paylar».


Bütün bu allahlardan hansı öz ölkəsini mənim əlimdən qurtardı? Bəs Rəbb necə Yerusəlimi mənim əlimdən qurtara bilər?”»


Ben-Hadad ona xəbər göndərib dedi: «Əgər Samariya torpağı mənim dalımca gedən qoşunun ovuclarını doldurmağa bəs edərsə, allahlar mənə beləsini və bundan betərini etsin».


İzevel İlyasın yanına qasid göndərib dedi: «Sabah bu vaxt mən səni onların gününə salmasam, qoy allahlar mənə beləsini və bundan betərini etsin».


Davud Rəbbə müraciət edərək dedi: «Bu basqınçıların arxasınca düşsəm, onlara çatarammı?» Rəbb ona dedi: «Ardlarınca düş, mütləq onlara çatacaqsan və mütləq əsirləri qurtaracaqsan».


Düşmənlərimi qovdum, onları qırdım, Onlar məhv olanadək geriyə qayıtmadım.


Məzlumlar arasında sadə qəlbli olmaq Təkəbbürlülərlə talan malı bölüşdürməkdən yaxşıdır.


Orada onlar bağırdılar: “Misir padşahı firon boşboğazdır, O, fürsəti əldən verdi”.


跟着我们:

广告


广告