Biblia Todo Logo
在线圣经

- 广告 -




ZƏKƏRİYYƏ 8:12 - Azərbaycan Bibliyası 2008

12 «Çünki əkilən toxum bəhərli olacaq: tənək bəhrəsini, torpaq məhsulunu, göylər şehini verəcək. Bunların hamısını bu xalqın sağ qalanlarına mülk olaraq verəcəyəm.

参见章节 复制

ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

12 «Çünki əkilən toxum bəhərli olacaq: tənək bəhrəsini, torpaq məhsulunu, göylər şehini verəcək. Bunların hamısını bu xalqın sağ qalanlarına mülk olaraq verəcəyəm.

参见章节 复制

МУГӘДДӘС КИТАБ

12 «Чүнки әкилән тохум бәһәрли олаҹаг: тәнәк бәһрәсини, торпаг мәһсулуну, ҝөјләр шеһини верәҹәк. Бунларын һамысыны бу халгын сағ галанларына мүлк олараг верәҹәјәм.

参见章节 复制




ZƏKƏRİYYƏ 8:12
39 交叉引用  

Yusif üçün belə dedi: «Onun torpağı Rəbdən bərəkət alsın, Göydən gələn qiymətli şehlə, Yer altında yatan dərin sularla,


Allah sənə göylərin şehini, Torpağın şirəsini, Bol buğda və çoxlu təzə şərab versin.


Ona görə də siz əvvəlcə Allahın Padşahlığını və Onun salehliyini axtarın. Onda bunların hamısı sizə əlavə olaraq veriləcək.


Ordular Rəbbi belə deyir: «O günlər bu xalqın sağ qalanlarının gözündə bu iş qeyri-mümkün görünürsə, Mənə də belə görünməlidirmi?» bəyan edir Ordular Rəbbi.


Anbarda toxum qalıbmı? Məgər üzüm, əncir, nar, zeytun ağacı bar gətirməyib? Bu gündən etibarən sizə bərəkət verəcəyəm!”»


Sizdən ötrü buna görə göylər şehini, yer də məhsulunu kəsdi.


Qorxmayın, ey çöl heyvanları, Çünki çölün otlaqları göyərir. Ağac meyvəsi ilə yüklənir, Əncir ağacı, tənək bəhrələrini verir.


Sülh yaradanların əkdiyi sülh toxumlarından salehlik bəhrəsi yetişir.


Eləcə qoy heç kim insanlarla öyünməsin, çünki hər şey sizindir.


Mən İsrailə bir şeh olacağam, O, zanbaq kimi çiçək açacaq, Livan sidri kimi kök atacaq.


Bir daha millətlər içində aclıq rüsvayçılığını çəkməyəsiniz deyə ağacın meyvəsini, tarlanın məhsulunu çoxaldacağam.


Çəkdiyiniz xəcalət yerinə ikiqat şərəf, Rüsvayçılıq əvəzinə payınızı alıb sevinəcəksiniz. İndi isə torpağınızda ikiqat mülk alacaqsınız, Sevinciniz əbədi olacaq.


Rəbb yerə əkdiyiniz toxum üçün yağış verəcək, Torpağın məhsulu bol və bərəkətli olacaq. O gün mal-qaranız geniş otlaqlarda otlayacaq.


İshaq o torpaqda toxum əkdi və o il yüz qat məhsul aldı. Beləcə Rəbb ona xeyir-dua verdi.


Ölkənizdə xalqım İsraildən olan insanları gəzdirəcəyəm və onlar sizə sahib olacaq. Siz də onların irsi olacaqsınız. Onları bir daha övladlarından məhrum etməyəcəksiniz”.


Padşahın qəzəbi aslan nərəsinə bənzər, Razılığı çəmənə düşən şehə bənzər.


Xalqın firavanlığı dağlardan aşsın, Salehlər təpələri dolaşsın.


İsrail əmin-amanlıqda yaşayır. Taxıl və təzə şərab torpağında Yaqubun çeşməsi sakit qalır, Oraya göylərdən şeh damır.


Qoy təlimim yağış kimi tökülsün, Sözüm şeh kimi düşsün, Çəmən üzərinə düşən narın yağış tək olsun, Ot üzərinə tökülən leysana oxşasın,


Gilead sakinlərindən olan Tişbeli İlyas Axava dedi: «Önündə durduğum İsrailin Allahı var olan Rəbbə and olsun ki, mənim bir sözüm olmayınca bu illərdə şeh və yağış olmayacaq».


Əgər qaydalarımla yaşayıb əmrlərimə səylə əməl etsəniz,


Bəli, Rəbb ən yaxşı şeyləri göndərəcək, Torpağımız bol məhsul verəcək.


Buna görə də səhər dumanı, Erkən uçub gedən şeh, Xırmanda sovrulan saman çöpü, Bacadan çıxan tüstü kimi olacaqlar.


Rica edirəm, dərindən düşünün. Bu gün doqquzuncu ayın iyirmi dördündən – Rəbbin məbədinin təməli qoyulan gündən sonra nə baş verəcəyi barədə yaxşı düşünün.


Onlar Sionun yüksək təpəsinə gəlib Tərənnüm edəcək. Rəbbin verdiyi nemətlər – Taxıl, təzə şərab, zeytun yağı, Qoyun-keçi, mal-qara önünə axışacaqlar. Canları sulanmış bağça kimi olacaq, Bir daha taqətdən düşməyəcəklər.


Artıq millətlərin qarət malı olmayacaqlar, vəhşi heyvanlar da onları yeməyəcəklər. Asayiş içində yaşayacaqlar, onları qorxudan olmayacaq.


Çünki Mən sizin tərəfinizdəyəm, sizə tərəf dönəcəyəm. Torpağınız şumlanıb əkiləcək.


Rəbb xalqına belə cavab verəcək: «Budur, sizə taxıl, Təzə şərab və zeytun yağı göndərəcəyəm, Bunlarla doyacaqsınız, Artıq sizi millətlər arasında rüsvay etməyəcəyəm.


İsraildən sağ qalanlar haqsızlıq etməyəcək! Kimsəni aldadaraq yalan söyləməyəcəklər, Çünki onlar qarnı tox yatacaq, Onları qorxudan olmayacaq».


Çəyirtkələri əkinlərinizi yeməyə qoymayacağam, tarlada meynəniz məhsulsuz qalmayacaq» deyir Ordular Rəbbi.


跟着我们:

广告


广告