Biblia Todo Logo
在线圣经

- 广告 -




ZƏKƏRİYYƏ 10:8 - Azərbaycan Bibliyası 2008

8 Fit çalıb onları toplayacağam, Çünki Mən onları satın almışam. Əvvəllər necə çoxalırdılarsa, İndi də eləcə çoxalacaqlar.

参见章节 复制

ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

8 Fit çalıb onları toplayacağam, Çünki Mən onları satın almışam. Əvvəllər necə çoxalırdılarsa, İndi də eləcə çoxalacaqlar.

参见章节 复制

МУГӘДДӘС КИТАБ

8 Фит чалыб онлары топлајаҹағам, Чүнки Мән онлары сатын алмышам. Әввәлләр неҹә чохалырдыларса, Инди дә еләҹә чохалаҹаглар.

参见章节 复制




ZƏKƏRİYYƏ 10:8
25 交叉引用  

Rəbb uzaqda yaşayan millətləri Bayraq işarəsi ilə, Onları yer üzünün ucqarlarından Fit səsi ilə səsləyəcək. Tezliklə bu millətlər gələcək.


O vaxt gələndə Rəbb fit çalacaq və Misir çaylarının mənsəblərində yaşayanları milçəklər kimi, Aşşur torpaqlarında yaşayanları arılar kimi səsləyəcək.


Qulum Davudun nəslini və Mənə xidmət edən Levililəri saysız-hesabsız göy cisimləri və ölçülməz olan dəniz qumu qədər çoxaldacağam”».


Ancaq İsrail övladları dəniz qumu kimi saysız-hesabsız olacaq. Onlara “siz Mənim xalqım deyilsiniz” deyilən yerdə “siz var olan Allahın övladlarısınız” deyiləcək.


Ruh da, gəlin də deyir: «Gəl!» Qoy eşidən də desin: «Gəl!» Susayan qoy gəlsin, arzu edən həyat suyunu müftə götürsün.


Ey bütün yorğunlar və yükləri ağır olanlar, Mənim yanıma gəlin, Mən sizə rahatlıq verərəm.


Sizə gəlincə, əhd qurbanının qanından ötrü Sürgündəki xalqınızı Susuz quyudan çıxarıb xilas edəcəyəm.


Rəbbin satın alınmış adamları qayıdacaq, Sevinclə nəğmə deyərək Siona gələcək. Üzlərində əbədi sevinc olacaq, Onlar sevinc və şadlıq tapacaq, Kədər və qəm-qüssə yox olacaq.


Üsyankarlığını bulud kimi dağıtdım, Günahlarını duman kimi sildim, Mənə tərəf dön, Çünki Mən səni satın aldım».


Yəhudalılar və İsraillilər dəniz qırağında olan qum qədər çox idi. Onlar yeyib-içir və xoşbəxt yaşayırdılar.


Amma İsrail övladları çoxalıb böyüdülər, sayları artdı və onlar qüvvətləndi; ölkə onlarla doldu.


Bundan sonra mən gördüm ki, hər millətdən, hər tayfadan, hər xalqdan və hər dildən olan, heç kəsin saya bilməyəcəyi böyük bir kütlə taxtın və Quzunun önündə dayanıb. Onlar ağ xalat geyinib, əllərində xurma budaqları tutublar.


Onlar axın-axın gəlib dərin vadilərdə, Qaya yarıqlarında, bütün tikanlı kolluqlarda, Otlaqlarda məskunlaşacaq.


Babildən çıxın, Xaldeylilərin torpağından qaçın, Sevinc səsi ilə bəyan edin, bunu bildirin, Dünyanın ən uzaq yerlərinə bu xəbəri çatdırın, Deyin: «Rəbb qulu Yaqub nəslini satın aldı».


Ey Yaqub övladları, Mən mütləq hamınızı bir yerə yığacağam, İsrailin sağ qalanlarını toplayacağam. Sizi ağıldakı qoyun-keçi kimi bir yerə yığacağam. Otlaqdakı sürü kimi ölkəniz adamlarla dolacaq.


跟着我们:

广告


广告