Padşahlar sənə atalıq, Mələkələr sənə analıq edəcək. Üzüstə yerə sərilib sənə səcdə edəcəklər, Ayaqlarının tozunu yalayacaqlar. Onda biləcəksən ki, Mən Rəbbəm, Mənə güvənənlər utanmayacaq».
Bütün dünya zənginləri yeyib-doyacaq, Rəbbin hüzurunda səcdə qılacaq. Torpağa düşənlərin hamısı – Özlərini ölümdən saxlaya bilməyənlər Onun hüzurunda diz çökəcəklər.
Rəbb Allah ilana dedi: «Sən bunu etdiyin üçün Bütün ev heyvanları və çöl heyvanları arasında Lənət qazanırsan. Qarnın üstündə sürünəcəksən, Bütün ömrün boyu torpaq yeyəcəksən.