4 Lakin Səni axtaranlar Sənə görə qoy şad olub sevinsinlər, Verdiyin xilası sevənlər Daim «Qoy ucalsın Allah!» desinlər.
Rəbb Ona güvənənlərə, Onu axtaran könüllərə xeyirxahdır.
Lakin Səni axtaranlar Sənə görə qoy şad olub sevinsinlər. Xilaskar olduğunu sevənlər Daim «Qoy ucalsın Rəbb!» desinlər.
Mənim haqlı çıxmağımı istəyənlər Sevinib Səni mədh etsinlər. Daim belə söyləsinlər: «Öz qulunun əmin-amanlığını istəyən Rəbb ucalsın!»
Rəbdə böyük sevinc tapacağam, Allahımda ürəyim şadlıqdan coşacaq, Çünki çələnglə bəzənmiş bəy kimi, Bər-bəzək taxmış gəlin kimi Mənə qurtuluş paltarı geyindirdi, Salehlik libası ilə bürüdü.
Ey salehlər, Rəbbə görə sevinin, Onun müqəddəs adına şükür edin!
Doğrusunu, doğrusunu sizə deyirəm: siz ağlayıb nalə çəkəcəksiniz, dünya isə sevinəcək; siz kədərlənəcəksiniz, amma kədəriniz sevincə dönəcək.
Sənə pənah gətirənlərsə qoy sevinsin, Qoy Səni daima mədh etsinlər, Çünki onları Sən qoruyursan. Səni sevənlər sevincdən cuşa gəlsin!