«Ey bəşər oğlu, Yerusəlimə qarşı Sur belə dedi: “Nə yaxşı ki xalqların qapısı olan şəhər dağıldı, darvazaları mənim üçün açıldı. O dağıldığı üçün mən varlanacağam”.
Ammon övladlarına söylə ki, Xudavənd Rəbbin sözünü dinləsinlər. Xudavənd Rəbb belə deyir: “Siz Müqəddəs məkanım ləkələnəndə, İsrail torpağı viran ediləndə və Yəhuda nəsli sürgünə gedəndə ‹nə yaxşı› dediniz.