2 Canımın qəsdinə duranlar Qoy utanıb biabır olsunlar. Pis günümdən zövq alanlar Geri qovulub rüsvay olsunlar.
Pis günümə şadlananlar Qoy utanıb biabır olsunlar, Qarşımda qürrələnənlər Xəcalətə, rüsvayçılığa bürünsünlər.
Canımın qəsdinə duranlar Qoy utanıb rüsvay olsunlar, Mənə qarşı pis niyyəti olanlar Geri qovulub biabır olsunlar.
İsa onlara «Mənəm» deyəndə geri çəkilib yerə qapandılar.
Sənə qarşı hirslənənlər hamısı xəcalət çəkib biabır olacaq, Sənə qarşı çıxanlar heçə çıxıb tələf olacaq.
İttihamçılarım rüsvayçılığa bürünsünlər, Xəcaləti xalat kimi geyinsinlər.
Qoy məni ittiham edənlər utanıb məhv olsun, Bədxahlarımı xəcalət, rüsvayçılıq bürüsün.
Rəbbin sözü onlar üçün «Əmr üstünə əmr, əmr üstünə əmr, Sətir üstünə sətir, sətir üstünə sətir, Bir az oradan, bir az buradan» olacaq ki, Gedib arxası üstə yıxılsınlar, yaralansınlar, Tələyə düşüb əsir aparılsınlar.
Bütün düşmənlərim rüsvay olacaq, Canlarına vəlvələ salınacaq, Xəcalət içində bir andaca geri qayıdacaq.
Nə qədər buğa məni dövrəyə salıb, Güclü Başan buğaları yan-yörəmi bürüyüb.
Həyatımı qılıncdan qurtar, Canımı itlərin caynağından qurtar,
Canımı almaq üçün qəsd quranlar Qoy utanıb biabır olsunlar. Pis günümdən zövq alanlar Geri qovulub rüsvay olsunlar.
Ey Allah, məndən uzaq durma, Ey Allahım, dadıma tez çat!
Ya Rəbb, Səni çağırıram, tez imdadıma yetiş, Fəryad edərkən səsimi eşit!