5 Ey Allah, ağılsızlıq etdiyimi bilirsən, Günahlarım Səndən gizli deyil.
Ey Xudavənd, mənim arzu-diləyim hüzurundadır, Mənim iniltilərim Səndən gizli qalmır.
Çünki Mənim nəzərim onların bütün yollarını izləyir. Onlar Məndən gizlənə bilməz, təqsirləri də Mənim nəzərimdən qaça bilməz.
Ağılsızlığımın üzündən Yaralarım iyrənc və irinlidir.
Kim öz səhvlərini duya bilər? Məni gizli təqsirlərimdən təmizlə.
Gecə ikən qəlbimi yoxlayıb-araşdırdın, Məni sınaqdan keçirtdin, Heç nə tapmadın. Niyyətim budur ki, ağzım öz həddini aşmasın.
Qoyma haqsız düşmənlərim mənə görə sevinsin, Mənə nahaqdan nifrət edənlər bir-birinə göz vursun.