Biblia Todo Logo
在线圣经

- 广告 -




ZƏBUR 69:3 - Azərbaycan Bibliyası 2008

3 Fəryad etməkdən taqətim kəsildi, Allahı gözləməkdən Boğazım qurudu, gözümün nuru söndü.

参见章节 复制




ZƏBUR 69:3
18 交叉引用  

Öz ah-naləmdən bezmişəm, Hər gecə ağlamaqdan döşəyim islanır, Göz yaşlarımdan yatağım yaş olur.


Qaranquş kimi, durna kimi çığırdım, Mən göyərçin tək inləyirəm. Göyə baxmaqdan gözlərim yoruldu. Ya Xudavənd, imdadıma çat, zülmə düşmüşəm!


Xilasını, haqq sözünə əməl olunmasını gözləməkdən Gözümün nuru sönür.


Sözünün intizarından gözümün nuru sönür. Deyirəm: «Nə vaxt mənə təsəlli verəcəksən?»


Oğullarınız və qızlarınız gözünüz önündə başqa bir xalqa təslim ediləcək və onların həsrətindən günbəgün gözlərinizin nuru sönəcək. Əlinizdən isə heç nə gəlməyəcək.


Məsih yer üzündə cisimdə olduğu günlərdə Onu ölümdən qurtarmağa qadir olan Allaha böyük fəryad və göz yaşları ilə dua edib yalvardı və möminliyinə görə eşidildi.


Daha sonra İsa hər şeyin artıq tamam olduğunu bilərək Müqəddəs Yazı tam yerinə yetsin deyə «Susadım!» dedi.


Ağlamaqdan gözlərimin nuru gedir, Canım əzabdan yanır. Əziz xalqım qırıldığına görə ürəyimdən qan axır. Çünki şəhər meydanlarındakı Körpələrin, uşaqların huşu başından çıxır.


Mənə yemək əvəzinə öd verdilər, Susayanda sirkə içirtdilər.


Ey Xudavənd, indi mən nə gözləyim? Mənim ümidim Sənsən!


Qoy kamalla düzlük məni hifz etsin, Çünki Səni gözləyirəm.


Saxsı parçası kimi gücüm qurudu, Dilim damağıma yapışdı, Sən məni torpağa salıb ölüm verdin.


Ey Allahım, gündüz çağıranda mənə cavab vermirsən, Gecə rahatlığım yoxdur.


Ağlamaqdan üzüm qızardı, Kirpiklərimin altı-üstü kölgə saldı.


Amma pis adamların gözlərinin nuru sönəcək, Onların pənah yeri olmayacaq, Yeganə ümidləri son nəfəslərini vermək olacaq».


Dilimə yeni bir nəğmə verdi, İlahi ilə Allahımıza həmd etdim. Bax nə qədər adam bunu görəcək, Qorxub Rəbbə güvənəcək.


Qəzəbin üstümə gəldi, Təlatümün tamamilə məni əzdi. Sela


跟着我们:

广告


广告