16 Ya Rəbb, mənə cavab ver, Çünki məhəbbətin yaxşıdır.
Lakin, ey Xudavənd Rəbb, ismin naminə Özün mənə qayğı göstər, O gözəl məhəbbətinə görə məni azad et.
Üzünü mənə sarı çevir və lütfkar ol, Çünki tənhayam, zülm içindəyəm.
Mənim dilim Səni tərənnüm edir, Məhəbbətin bu həyatdan gözəldir.
Yenə bizə rəhm edib şər əməllərimizi siləcəksən, Bütün günahlarımızı Dənizin dərinliklərinə atacaqsan.
Bu insanlarla bağladığı əhdini yada saldı, Bol məhəbbəti naminə rəhmini göstərdi.
Mənsə, ya Rəbb, Sənə dua edirəm. Ey Allah, münasib gördüyün zaman Bol məhəbbətinə görə mənə cavab ver, Çünki qurtuluşuna etibar etmişəm.
Məhəbbətinə görə, ey Allah, mənə rəhm et, Bol mərhəmətinə görə qanunsuzluqlarımı sil.
Mənsə kamalla gəzirəm, Məni qurtar, mənə lütf et!
Rəbbin lütfkar işlərindən, Həmdlərə layiq əməllərindən nəql edəcəyəm. Böyük mərhəməti və məhəbbəti naminə, İsrail nəslinə etdiyi böyük xeyirxahlığına görə, Rəbbin bizə etdiyi bütün işlərinə görə Onu xatırlayacağam.
Ey Allah, məhəbbətin nə qədər qiymətlidir! Bəşər övladları Sənin qanadlarının kölgəsinə sığınır.
Ölülər diyarının ipləri mənə sarılmışdı, Ölüm kəməndləri məni qarşılamışdı.