9 Onların dillərində düz söz yoxdur, Ürəkləri pis niyyətlə doludur. Boğazları açıq qəbirdir, Dilləri yalan danışır.
«Boğazları açıq qəbirdir, Dilləri yalan danışır». «Dodaqlarında gürzə zəhəri var».
Yalnız fikirləşirsiniz, onu nüfuzdan salaq, Çünki yalandan zövq alırsınız. Diliniz xeyir-dua söyləsə də, Qəlbiniz lənət yağdırır. Sela
Şəhərin varlıları zorakılıq edir, Sakinləri adamları aldadır – Yalanla nəfəs alır.
Bir kişi ki qonşusunu yağlı dilə tutur, Onun addımları üçün tor qurur.
Sənsə ürəkdə düzlüyün olmasını istəyirsən, Mənə daxilən hikmət öyrət.
Vay halınıza! Çünki siz insanların xəbəri olmadan üstündən keçdikləri itmiş qəbirlərə oxşayırsınız».
Ey hiyləgər, dilin insanı məhv edir, İti ülgüc kimi kəsir.
İnsan ürəyi hər şeydən hiyləgərdir, Çarəsi yoxdur. Onu kim başa düşə bilər?
Ey Yerusəlim, ürəyini pislikdən yuyub-təmizlə ki, xilas olasan. Bəd fikirlərin nə vaxta qədər içində qalacaq?
Fitnəkarlıqla qəsd qururlar və belə deyirlər: «Ustalıqla fənd işlətdik». İnsanın daxili, qəlbi görünməz.
Bəşər övladları yalnız bir nəfəsdir – İnsan övladları fanidir. Tərəzinin gözündə çəkərkən hamısı yuxarı qalxır, Çəkisi bir nəfəsdən yüngül gəlir.
Siz bilirsiniz ki, heç vaxt yanınıza yaltaq sözlərlə yaxud tamahkarlığı gizlədən riyakarlıqla gəlmədik. Allah da buna şahiddir.
Lakin Rəbb ona dedi: «İndi siz fariseylər kasanın və boşqabın bayır tərəfini təmizləyirsiniz, lakin daxiliniz soyğunçuluq və pisliklə dolub.
Allahımızın qarşısında özümüzü aşağı tutub Ondan özümüz, övladlarımız və bütün malımız üçün təhlükəsiz yol diləməkdən ötrü Ahava çayı yanında oruc elan etdim.
Ya Rəbb, yolunu mənə öyrət, Düşmənlərimdən ötrü mənə düz yolda rəhbərlik et.
Başıma gələn rüsvayçılığı, Biabırçılığı, xəcaləti bilirsən, Bütün yağılarım qarşındadır.
Saleh adamın yolu düzdür. Ey Düz Olan, saleh adamın yolunu Sən düz edirsən.