Biblia Todo Logo
在线圣经

- 广告 -




ZƏBUR 5:3 - Azərbaycan Bibliyası 2008

3 Ya Rəbb, səhər erkən səsimi eşidirsən, Səhər erkən Sənə dua edib cavab gözləyirəm.

参见章节 复制




ZƏBUR 5:3
15 交叉引用  

Dan yeri sökülməzdən əvvəl qalxıb Səni imdada çağırıram, Çünki ümidimi Sənin sözlərinə bağlayıram.


Mən isə, ya Rəbb, Səni imdada çağırıram, Duam hər səhər hüzuruna qalxır.


Səhər alaqaranlıqda İsa qalxıb evdən çıxdı və kimsəsiz bir yerə gedib orada dua etdi.


Keşikçilər səhərin açılmasını gözlər, Bəli, keşikçilər səhərin açılmasını gözlər, Qəlbimsə bundan da çox Xudavəndin həsrətini çəkər.


Səhər, günorta, axşam nalə çəkirəm, Ah-zar edirəm, O, səsimi eşidir.


Qəlbim gecələr Sənin üçün həsrət çəkər, Bəli, ruhum daxilimdə Səni arayar. Hökmlərin yer üzündə həyata keçdikcə Dünyanın sakinləri doğruluğu öyrənir.


Ya Rəbb, mənə cavab ver, Çünki məhəbbətin yaxşıdır.


Ey Allahım, gündüz çağıranda mənə cavab vermirsən, Gecə rahatlığım yoxdur.


Ona görə yoxsulların fəryadı Onun hüzuruna yetdi, O, fəqirlərin fəryadını eşitdi.


Köməyinlə düşmənlərimizi devirək, İsminlə əleyhdarlarımızı əzək.


Ey Allah, əzəldən Padşahımsan, Yer üzünə qurtuluşlar verirsən.


Nə bəxtiyardır evində yaşayanlar, Daim Sənə həmd oxuyanlar! Sela


Ey Xudavənd, səsimi eşit, Yalvarış səsimi yaxşı dinlə.


Ey Padşahım olan Allahım, Səni yüksəldəcəyəm, İsminə sonsuza qədər alqış edəcəyəm.


«Qulağını tıxama, fəryadımı dinlə» deyərkən Səsimi eşitdin.


跟着我们:

广告


广告