2 Ey Padşahım, ey Allahım, fəryad səsimə qulaq as, Çünki Sənə dua edirəm.
Ey duaları eşidən, Bütün bəşər hüzuruna gələcək.
Rəbbi ucadan səsləyirəm, O, müqəddəs dağından mənə cavab verir. Sela
Çünki Rəbdir hakim olan, Rəbdir qanunumuzu qoyan, Padşahımız Rəbdir, Odur bizi qurtaran.
Ey Padşahım olan Allahım, Səni yüksəldəcəyəm, İsminə sonsuza qədər alqış edəcəyəm.
Ey Ordular Rəbbi, Padşahım, Allahım, Qurbangahının yaxınında sərçələr yurd salar, Qaranquş bala çıxartmaq üçün yuva qurar.
Ey Allah, əzəldən Padşahımsan, Yer üzünə qurtuluşlar verirsən.
Ey mənim Allahım, Sənsən Padşahım, Əmr et, Yaqub nəsli qələbə çalsın.
Rəbb sonsuzadək, əbədi padşahdır! Onun diyarından millətlər yox olacaq.
Ancaq Sən bu qulunun duasına və yalvarışına nəzər sal, ya Rəbb Allahım. Bu gün qulunun Sənin önündə etdiyi fəryadı və duanı eşit.
«Qulağını tıxama, fəryadımı dinlə» deyərkən Səsimi eşitdin.