4 Mən dedim: «Ya Rəbb, mənə rəhm et, Canıma şəfa ver, Çünki Sənə qarşı günah etmişəm».
Odur bütün təqsirlərini əfv edən, Bütün xəstəliklərinə şəfa verən.
O, sınıq qəlblərə şəfa verər, Yaralarını sarıyar.
«Gəlin Rəbbə qayıdaq. O bizi parçaladı, O da bizə şəfa verəcək. O bizi yaraladı, O da yaramızı sarıyacaq.
Sonra Sənə günahımı etiraf etdim, Təqsirlərimi gizlətmədim. Dedim: «Üsyankarlığımı Rəbbə etiraf edirəm». Təqsirimi, günahımı bağışladın. Sela