Biblia Todo Logo
在线圣经

- 广告 -




ZƏBUR 4:3 - Azərbaycan Bibliyası 2008

3 Bilin ki, mömin insanı Rəbb Özü üçün ayırıb; Nə vaxt Rəbbi çağırsam, məni eşidir.

参见章节 复制




ZƏBUR 4:3
17 交叉引用  

Siz Məni seçmədiniz, Mən sizi seçib təyin etdim ki, gedib bəhrə verəsiniz və bəhrəniz çox qalsın. Beləcə Mənim adımla Atadan nə diləyirsinizsə, O sizə verəcək.


Rəbbin gözü salehlərin üzərindədir, Qulaqları onların fəryadlarına açıqdır.


Əlbəttə ki, Rəbb möminləri sınaqdan necə qurtarmağı, haqsızları isə qiyamət gününə kimi cəza altında necə saxlamağı bilir.


Lakin Allahın atdığı möhkəm təməl bu sözlərlə möhürlənib durur: «Rəbb Özününküləri tanıyır» və «Rəbbin adını ağzına alan hər kəs haqsızlıqdan uzaqlaşsın».


O Özünü bizim üçün fəda etdi ki, bizi hər cür qanunsuzluqdan satın alsın, təmizləyib Özünə məxsus və yaxşı işlərə səy göstərən bir xalq yaratsın.


Amma siz seçilmiş nəsil, Padşahın kahin dəstəsi, müqəddəs millət, Allaha məxsus olan xalqsınız. Sizi qaranlıqdan Öz heyrətamiz nuruna çağıran Allahın çox gözəl işlərini elan etmək üçün seçilmisiniz.


Xalqımın mənimlə birlikdə Sənin gözündə lütf tapması indi nə ilə bilinəcək? Sənin bizimlə getməyindən deyilmi? Biz yer üzündə olan digər xalqlardan nə ilə fərqlənək?»


Siz ey şər iş görənlər, məndən uzaq durun! Çünki Rəbb hönkürtümü eşitdi,


Çünki biz Allahın yaratdığı əsərlərik, əvvəlcədən hazırladığı yaxşı əməllərinə görə həyat sürmək üçün Məsih İsada yaradıldıq.


«Hüzuruma möminlərimi, Qurban verib Mənimlə əhd bağlayanları yığın!»


Rəbbi sevin, siz ey bütün möminlər! Rəbb həmişə Ona sadiq qalanı qoruyur, Təkəbbürlü insana isə layiq olduğunu verir.


Mən Səni çağıranda düşmənlərim geri dönür, Bunu bilirəm, Allah mənim tərəfimdədir.


Dilimdən hikmətli sözlər çıxacaq, Bu müdrik fikirlər qəlbimdən gəlir.


Heç zaman zorakılığınıza güvənməyin, Talan malına boş yerə ümid bağlamayın, Var-dövlətiniz artsa da, ona arxalanmayın.


跟着我们:

广告


广告