Biblia Todo Logo
在线圣经

- 广告 -




ZƏBUR 4:1 - Azərbaycan Bibliyası 2008

1 Səni çağıranda mənə cavab ver, Ey adil Allahım! Dara düşən zaman məni genişə çıxar, Mənə lütf edib duama qulaq as!

参见章节 复制




ZƏBUR 4:1
35 交叉引用  

Allah bizi belə bir böyük ölüm təhlükəsindən qurtardı və qurtarmaqda davam edəcək. Ümidimizi Ona bağlamışıq


Adını sevənlər üçün etdiyin adətə görə Mənə bax və lütf göstər.


Üzünü mənə sarı çevir və lütfkar ol, Çünki tənhayam, zülm içindəyəm.


«Onun dövründə Yəhuda xilas olacaq, İsrail əmin-amanlıqda yaşayacaq. Onu “Rəbb salehliyimizdir” çağıracaqlar».


Səni çağırıram, ey Allah, mənə cavab verirsən, Qulağını mənə tərəf çevir, sözlərimi dinlə.


Xudavənd Rəbb mənim qüvvətimdir, Ayaqlarımı marallar kimi çevik edir, Zirvələrimdə məni gəzdirir. Musiqi rəhbəri üçün: simli alətlərin müşayiəti ilə.


Mənim üçün belə deyəcəklər: “Salehlik və qüvvət yalnız Rəbdədir. Ona qarşı qəzəblənənlər hüzuruna gəlib utanacaqlar.


Qulunu məhkəməyə çəkmə, Bu bəşəriyyət içindən kimsə qarşında saleh çıxmaz.


Mənə rəhm et, ey Allah, mənə rəhm et! Canımı götürüb Sənin yanına pənah gətirmişəm. Bəlalar keçib-gedənəcən Qanadlarının altına sığınacağam.


Qəlbim yaxşı sözlərlə çağlayır, Qoy şeirlərimi padşahıma söyləyim, Dilim mahir bir xəttatın qələminə oxşayır.


Ey Allahım, Allahım, niyə məni tərk etdin? Niyə ah-zarımdan uzaq durursan, mənə imdad etmirsən?


Davud sözünə davam etdi: «Məni aslan pəncəsindən, ayı pəncəsindən qurtaran Rəbb bu Filiştlinin də əlindən qurtaracaq». Şaul Davuda dedi: «Get, Rəbb sənə yar olsun!»


Ey qardaşlar, Asiya vilayətində çəkdiyimiz əziyyətlərdən bixəbər olmağınızı istəmirəm. Gücümüzdən daha artıq bir yük altında qaldıq. Hətta yaşamaqdan belə, ümidimizi kəsmişdik.


Amma siz Allahın sayəsində Məsih İsadasınız. O bizim üçün ilahi müdriklik, salehlik, müqəddəslik və satınalınma oldu.


Allah Yəhudada şöhrətlidir, İsraildə Onun adı böyükdür.


Lütf edib, ey Allah, bizə xeyir-dua ver, Üzün üstümüzə nur saçsın. Sela


Maral axar sulara həsrət qalan kimi, Ey Allah, könlüm Sənin həsrətini çəkir!


Məni düşmənə təslim etmədin, Genişlikdə gəzdirdin.


O, Rəbdən bərəkət alacaq, Xilaskarı Allahdan salehlik alacaq.


Çünki Rəbb adildir, ədaləti sevir, Əməlisalehlər Onun üzünü görəcək.


Aman, ya Rəbb, mən Sənin qulunam, Qulunam, kənizinin oğluyam, Buxovlarımı açmısan.


Rəbb avam adamı qoruyur, O məni düşkünlüyə düçar olanda qurtardı.


Rəhm et mənə, ey Allah, İnsanlar sel kimi üstümə cumur, Gün boyu döyüşərək məni sıxışdırırlar.


Kamil olduğum üçün məndən möhkəm yapışdın, Məni hüzurunda əbədilik dayandırdın.


Ya Rəbb, qəzəblənib məni töhmətləndirmə, Hiddətlənib məni tənbeh etmə.


Bəli, O səni çətinlikdən Darısqal olmayan geniş yerə, Yağlı yeməklərlə bəzənmiş süfrəyə çıxarar.


跟着我们:

广告


广告