4 Rəbbi ucadan səsləyirəm, O, müqəddəs dağından mənə cavab verir. Sela
Rəbbə üz tutdum, O mənə cavab verdi, O hər bir dəhşətdən məni xilas etdi.
Məni çağırarkən ona cavab verəcəyəm, Dar günündə ona yar olacağam, Onu xilas edib şərəfə-şana çatdıracağam.
Onlar Məni çağırmamışdan Mən onlara cavab verəcəyəm, Onlar hələ danışarkən Mən eşidəcəyəm.
Mən məzlum, Rəbbi çağırdım, O məni eşitdi, Bütün əzablarımdan məni xilas etdi.
Aranızda əzab çəkən varmı? Qoy dua etsin. Şadlanan varmı? Qoy ilahi oxusun.
Diləyin, sizə veriləcək, axtarın, tapacaqsınız, qapını döyün və sizə açılacaq.
Göndər Öz nurunu, həqiqətini, Qoy yolunu mənə göstərsinlər, Müqəddəs dağına, məskənlərinə Qoy məni aparsınlar.
O deyir: «Mən padşahımı Müqəddəs dağım Sionda əyləşdirmişəm».
Səni çağıranda mənə cavab vermisən, Canıma taqət verib məni ürəkləndirmisən.
Allahımız Rəbbi ucaldın, Müqəddəs dağında Ona səcdə qılın, Çünki Allahımız Rəbb müqəddəsdir!
Dar gündə Məni çağır, Mən səni xilas edəcəyəm, Sən də Məni şərəfləndirəcəksən».
Bir müddət sonra İbrama görüntüdə Rəbbin bu sözü nazil oldu: «Ey İbram, qorxma. Sənin qalxanın Mənəm. Mükafatın çox böyük olacaq».
Həmdə layiq Rəbbi çağıracağam, Düşmənlərimin əlindən qurtulacağam.
İndi ətrafımdakı düşmənlərimin üzərində Qələbələr çalacağam, Rəbbin çadırında şənlik qurub qurbanlar kəsəcəyəm, Onu ilahilərlə tərənnüm edəcəyəm.
Rəbb qalam, sipərimdir! Qəlbim Ona güvənəndə köməyimə çatır. Sevincdən qəlbim cuşa gəlir, İlahilərimlə Ona şükür edirəm.
Ey xalq, hər zaman Ona arxalan, Onun hüzurunda qəlbini açıb-boşalt, Çünki Allah bizim pənahımızdır! Sela
Ey Ordular Rəbbi, Sənə güvənən nə bəxtiyardır!
Keçmişdə bir görüntü ilə Möminlərinə belə söylədin: «Bir cəngavərə kömək etdim, Xalqın içindən onu seçib yüksəltdim.
Sən pənahgahım, sipərimsən, Sözünə ümid bağlamışam.
O, əməlisalehlərin sağlam şüurunu qoruyur, Kamalla gəzənlərə sipər olur.
«Qulağını tıxama, fəryadımı dinlə» deyərkən Səsimi eşitdin.