2 Mənim üçün çoxları deyir: «Allahdan ona xilas yoxdur». Sela
Deyirlər ki, Allah onu tərk edib, Gəlin onu təqib edərək tutaq, Çünki onu xilas edən yoxdur.
Göz yaşlarım gecə-gündüz qidam olub, Daim mənə deyirlər: «Bəs hanı Allahın?»
Düşmənlərim sümüklərimi qırıb məni təhqir edirlər, Daim mənə «Bəs hanı Allahın?» deyirlər.
Məni hər görən lağ edir, Dodaq büzüb, başını yırğalayıb belə deyir:
Qorxub-titrəyin, günah etməyin, Yatağınızda olarkən ürəyinizdə düşünün, dinməyin. Sela
Sən Öz xalqının qurtulması üçün, Məsh etdiyinin xilası üçün çıxdın, Şər nəslin başçısını əzdin, Təpədən dırnağa qədər onu soydun. Sela
Yayını açdın, Oxdanını oxlarla doldurdun. Sela Yer üzünü çaylarla yardın.
Allah Temandan, Müqəddəs Olan Paran dağından gəldi. Sela Ehtişamı göyü bürüdü, Yer üzü Ona edilən həmd-sənalarla doldu.
Ey insan övladları, nə vaxtadək Şərəfimi rüsvayçılığa çevirəcəksiniz? Nə vaxtadək boş şeylərə meyl göstərib Yalan axtaracaqsınız? Sela
Qurtuluş Rəbdəndir, Qoy Sənin xeyir-duan xalqının üzərində olsun! Sela
Rəbbi ucadan səsləyirəm, O, müqəddəs dağından mənə cavab verir. Sela
Bizə qarşı insanlar qalxarkən Rəbb tərəfimizi saxlamasaydı,