Biblia Todo Logo
在线圣经

- 广告 -




ZƏBUR 127:1 - Azərbaycan Bibliyası 2008

1 Evi Rəbb tikməzsə, Bənnaların zəhməti boşa gedər. Şəhəri Rəbb qorumazsa, Keşikçilər boş yerə orada gözlər.

参见章节 复制




ZƏBUR 127:1
35 交叉引用  

İnsan ürəyində özü üçün yol qurar, Amma Rəbbin verdiyi istiqamətlə addımlar.


Buna görə də mühüm olan əkən ya da sulayan deyil, əkiləni böyüdən Allahdır.


İndi İsrail söyləsin: Rəbb tərəfimizi saxlamasaydı,


Ey Yerusəlim, divarlarının üstünə Mən qarovulçular qoydum. Gecə-gündüz onlar susmayacaq. Ey Rəbbə sözünü xatırladan sizlər, susmayın,


İndi bax Rəbb səni Müqəddəs məkan olan bir ev tikmək üçün seçmişdir, sən də möhkəm ol və bu işi gör».


Babil divarlarına qarşı Bayraq yüksəldin! Keşikçiləri çoxaldın, Növbətçiləri öz yerinə qoyun, Pusquda durun. Çünki Rəbb Babildə yaşayanlara qarşı Həm niyyət qurdu, Həm də söylədiyini yerinə yetirdi.


Davud oğlu Süleymana dedi: «Möhkəm və cəsarətli ol, bu işi gör, qorxma və ruhdan düşmə, çünki Rəbb Allah, mənim Allahım səninlədir. O, Rəbbin məbədinin bütün xidmət işi sona çatmamış səni atmaz və tərk etməz.


Əgər Məsih dirilməyibsə, onda həm bizim vəzimiz puç, həm də sizin imanınız puçdur.


Gözlərimi dağlara dikirəm, Haradan mənə kömək gələcək?


Ey göylərdəki taxtında Oturan, Gözlərimi Sənə dikmişəm.


Dar gündə Rəbbi səslədim, O mənə cavab verdi.


Rəbbə güvənənlər Sion dağı kimi Sarsılmaz, əbədi qalar.


Öz Müqəddəs məkanını səma kimi, Əbədi qurduğu dünya kimi tikdi.


Xalqımın bütün gözətçiləri kordur, cahildir! Onların hamısı hürə bilməyən lal itlərdir, Yuxu görürlər, uzanırlar, Yatmağı sevirlər!


Səma altında daha bir şey də gördüm: Yarışı həmişə bərk qaçanlar udmur, Müharibədə həmişə igidlər qalib gəlmir. Çörək həmişə müdriklərə, Var-dövlət həmişə ağıllılara nəsib olmur, Hörmət alimlərə göstərilmir. Ancaq zaman və fürsətdir ki, hər kəsin qabağına çıxır.


Rəbb Siona bəxtəvər günlərini qaytaranda Bizə röya kimi gəldi.


Mənə «Rəbbin evinə gedək» deyilərkən sevindim.


Mən Rəbb, bağı qoruyuram, Tez-tez sulayıram, Gecə-gündüz keşiyində dururam ki, Heç kəs ona zərər verməsin.


Oğlum Süleymana sadiq bir ürək ver ki, Sənin əmrlərinə, göstərişlərinə və qanunlarına əməl etsin, bütün bu işləri görsün, tikintisinə hazırlıq gördüyüm bu binanı tiksin».


Sizin üçün qorxuram, bəlkə sizə görə boş yerə zəhmət çəkmişəm.


Şəhər asayişini qoruyanlar məni tapdılar, Döyüb bədənimi yaraladılar, Hasar keşikçiləri örpəyimi açdılar.


Şəhər asayişini qoruyanlar məni tapdı, Onlardan soruşdum: «Könlümün sevgilisini görməmisiniz ki?»


Qasid qasid dalınca, Xəbərçi xəbərçi dalınca qaçıb Bu xəbəri Babil padşahına çatdırır: “Şəhər hər tərəfdən alındı,


Ey Allah, padşaha ədalət ver, Şah oğluna salehlik ver.


Unutmayın ki, bu sərvəti qazanmaq qabiliyyətini sizə verən Allahınız Rəbdir. O bunu edir ki, bugünkü kimi atalarınıza vəd verərək sizinlə kəsdiyi əhdi yerinə yetirsin.


Yerixo padşahına «budur, bu gecə torpağımızı gözdən keçirmək üçün İsrail övladlarından buraya adamlar gəldi» deyə bildirildi.


Rəbb vəd etdiyi kimi Süleymana hikmət verdi. Xiramla Süleyman arasında sülh var idi və onlar bir-biri ilə saziş bağlamışdılar.


跟着我们:

广告


广告