Biblia Todo Logo
在线圣经

- 广告 -




ZƏBUR 10:9 - Azərbaycan Bibliyası 2008

9 Yuvasında oturmuş aslan kimi gizli yerdə pusqu qurar, Məzlumu tutmaq üçün güdər, Toruna salıb onu tutar.

参见章节 复制




ZƏBUR 10:9
28 交叉引用  

Onlar parçalamağa həris bir aslan kimidir, Pusquda duran cavan bir şir kimidir.


Canımı almaq üçün məni güdürlər, Güclülər əleyhimə birləşiblər. Ya Rəbb, üsyankar, günahkar,


Ölkədə Allaha sadiq adam qalmadı, İnsanlar arasında doğru adam tükəndi. Hamı qan tökmək üçün pusquda durur, Qardaş qardaşa tələ qurur.


Bütün varlığımla belə deyəcəyəm: «Ya Rəbb, Sənin kimisi varmı? Məzlumu ondan güclünün əlindən, Məzlumu və fəqiri istismarçının əlindən azad edirsən».


Qoyunların çobanı olmayan muzdur isə canavarın gəldiyini görəndə onları atıb qaçar, çünki qoyunların sahibi deyil. Canavar da onları qapıb pərən-pərən salar.


Çobanların fəryadını eşit, Çünki onların fəxr etdikləri Otlaqları məhv oldu. Cavan aslanların nəriltisinə qulaq as, Çünki İordan çayının kənarındakı sıx meşə yox oldu.


Cəngavərləri fırtına tək Bizi dağıtmağa gələndə Onların başını öz nizələri ilə deşdin. Onlar gizlənən zavallıları Məhv edənlər kimi sevinərdi.


Şikarı olmayan şir Meşədə nərə çəkərmi? Heç nə ovlamamış gənc aslan Yuvasında nərildəyərmi?


Ölkə xalqı isə bir-birini qarət edərək soyğunçuluqla məşğuldur. Onlar məzlumu və fəqiri incidir, haqsız yerə qəribə zülm edir.


Mənə ayı kimi pusqu düzəldir, Gizlənib aslan kimi məni güdür.


Alçaq adamın əməlləri pisdir. O, hiylə işlədir ki, Yalan sözlərlə haqlı olan yoxsula ziyan versin.


Nə haqla xalqıma zülm edib Yoxsullara əzab verirsiniz?» Bunu Ordular Rəbbi Xudavənd bəyan edir.


Kasıb xalqın üzərində olan pis hökmdar Nərildəyən aslan, hücum edən ayıya oxşar.


Varlanmaq üçün kasıba zülm edən, Zəngin adama verən ehtiyaca düşər.


Kasıba zülm edən Yaradanına xor baxar, Yoxsula lütf göstərən Ona hörmət edər.


Bu təkəbbürlü insanlar mənə tələ qurublar, Tor atıblar, cələlərini yolumun üstünə qoyublar. Sela


Rəbb deyir: «İndi qalxacağam, Çünki fəqirlərə zülm edilir, Məzlumlar nalə çəkir, qurtuluş istəyir. Mən bunu onlara verəcəyəm».


Amma sən onların sözünə qulaq asma, çünki qırx nəfərdən artıq kişi “Əgər Paulu öldürməmiş bir şey yeyib-içəriksə, lənətə gələk!” deyə and içib pusquda gözləyir. Onlar hazır dayanıb sənin razılığını gözləyir».


O onların hamısını qarmaqla çəkir, Torla çıxarır, ağlarına yığır, Buna sevinib-şadlanır.


Mənim xalqımın içində pis adamlar var: Quş ovçuları kimi pusquda dururlar, Tələ qurub adam tuturlar.


Məzlumu, fəqiri yerə vurmaq üçün, Düz yolda olanı boğazlamaq üçün Pislər qılınc çəkər, ox-kamanını qurar.


Çünki O, fəqirin sağ tərəfində dayanar ki, Edam hökmü verənlərin əlindən onu qurtarsın.


Yuvalarına girəndə, Kolluqda pusqu quranda?


跟着我们:

广告


广告