Biblia Todo Logo
在线圣经

- 广告 -




ZƏBUR 10:2 - Azərbaycan Bibliyası 2008

2 Pislər təkəbbürlə məzlumları təqib edir, Öz qurduqları fəndlərə özləri düşür.

参见章节 复制




ZƏBUR 10:2
18 交叉引用  

Günahkar dillərinə görə, Ağızlarının sözlərinə görə Təkəbbürlülərin tələsinə özləri düşsünlər. Yağdırdıqları lənətlərə görə, Dedikləri yalanlara görə


Qoy təkəbbürlülərin təpiyi altında qalmayım, Pis adamların əli ilə qovulmayım.


Yamanlıqları öz üstlərinə dönər, Zorakılıqları başlarına düşər.


Şər insan öz təqsirlərinə görə tutular, Günahının kəməndinə dolanar.


Qulunun xeyri üçün zamin dur, Qoyma lovğa insanlar mənə zülm etsin.


Təkəbbürlə, həqarətlə yalan danışan, Salehlərə böhtan atan dillər lal olsun!


Bu təkəbbürlü insanlar mənə tələ qurublar, Tor atıblar, cələlərini yolumun üstünə qoyublar. Sela


Qanununu pozan lovğa insanlar Mənim üçün quyu qazıblar.


Lovğalar yalanları ilə mənə qara yaxırlar, Amma mən bütün qəlbimlə qayda-qanunlarını yerinə yetirirəm.


Xoşaya oğlu Azarya, Qareah oğlu Yoxanan və bütün dikbaş adamlar Yeremyaya dedi: «Sən yalan söyləyirsən. “Gedib Misirdə sakin olmayın” demək üçün Allahımız Rəbb səni bizim yanımıza göndərmədi.


Səni görənlər gözlərini zilləyib Sənin haqqında düşünüb belə deyəcək: “Dünyanı sarsıdan, padşahlıqları lərzəyə salan,


Sən ürəyində dedin: “Göylərə qalxacağam, Taxtımı Allahın ulduzları üzərində ucaldacağam, Şimaldakı yüksək yerdə, toplantı dağında oturacağam,


Sənin qaydalarına bağlı qalmaq üçün Kaş tutduğum yolda möhkəm olaydım.


İndi bildim ki, Rəbb bütün allahlardan böyükdür, çünki onların öyündüklərindən də üstün oldu».


Sən hələ də Mənim xalqıma qarşı durmusan və onu buraxmırsan.


Çünki məhəbbət göstərməyi unutdular, Məzlumu, fəqiri, qəlbisınıqları Həlak etmək üçün təqib etdilər.


跟着我们:

广告


广告