4 Pis adamlarsa belə deyil, Onlar yelin sovurduğu saman çöpünə bənzəyər.
Neçə dəfə yel sovuran saman kimi, Tufanın uçurduğu saman çöpü kimi oldular?
Onun kürəyi əlindədir və xırmanını sovuracaq, Öz taxılını anbara toplayacaq. Küləşi isə sönməz odda yandıracaq».
Saman çöpü tək olsunlar, onları yel sovursun, Rəbbin mələyi onları silib atsın.
Ümmətlərin səsi böyük suların gurultusuna bənzəyəcək, Lakin Allah onları məzəmmət edəcək, Onlar uzaqlara qaçacaq, Küləyin qarşısında təpəliklərdəki saman çöpü kimi, Qasırğanın önündə yuvarlanan küləş kimi qovulacaqlar.
Buna görə də səhər dumanı, Erkən uçub gedən şeh, Xırmanda sovrulan saman çöpü, Bacadan çıxan tüstü kimi olacaqlar.
Amma çoxlu düşmənlərin narın toz kimi, Qorxunc adamların orduları sovrulmuş saman çöpü kimi olacaq. Qəflətən bir an içində,
Allahı unudan hər kəs axırda belə qalar, Allahsız insanın ümidi beləcə yox olar.
O keçib-getdi, yeri boş qaldı, Onu axtararkən tapa bilmədim.
«Bundan ötrü səni çöl küləyi ilə Sovrulan saman çöpü kimi səpələyəcəyəm.