Biblia Todo Logo
在线圣经

- 广告 -




ZƏBUR 1:2 - Azərbaycan Bibliyası 2008

2 O ancaq Rəbbin Qanunundan zövq alar, Gecə-gündüz bu təlimatı dərin düşünər.

参见章节 复制




ZƏBUR 1:2
24 交叉引用  

Bu Qanun kitabının sözləri dilindən düşməsin, orada yazılan hər şeyə dəqiq əməl etmək üçün gecə-gündüz onun üzərində düşün. Onda yolun uğurlu olacaq və müvəffəqiyyət qazanacaqsan.


Sənin qanunundan zövq almasaydım, Əzab çəkməkdən həlak olardım.


Sənə qarşı günah etməyim deyə Kəlamını qəlbimdə qoruyub saxlamışam.


Bir yandan daxili varlığım Allahın qanunundan zövq alır.


Sözlərini tapıb yedim, Sözlərin mənə sevinc və ürəyimə şadlıq gətirdi. Çünki Sənə məxsusam, Ey Ordular Allahı Rəbb!


Mənə əmrlərinin yollarını göstər, Bu yollardan zövq alaram.


Rəbbə həmd edin! Nə bəxtiyardır Rəbdən qorxan, Əmrlərindən zövq alan insan!


Düşüncəm Ona xoş görünsün, Mən Rəbbə görə sevinəcəyəm.


Ey Allahım, Sənin iradəni yerinə yetirmək Mənə zövq verir, Qanunun qəlbimdədir».


Nə bəxtiyardır öz yolunda kamil olanlar, Rəbbin qanununa görə yaşayanlar.


Çünki Allah məhəbbəti Onun əmrlərinə riayət etməyimizi tələb edir. Onun əmrləri isə ağır deyil.


Ağzından çıxan əmrlərdən ayrılmadım, Gündəlik çörəkdən çox ağzından çıxan sözləri qiymətləndirdim.


Bunların hamısına səy göstərərək özünü həsr et ki, sənin inkişafın hamıya aşkar olsun.


Ağzından çıxan qanun mənim üçün Minlərlə qızıldan, gümüşdən daha qiymətlidir.


Bu, səksən dörd yaşında dul qadın idi. O, məbədi tərk etmirdi və oruc tutub dua edərək gecə-gündüz Rəbbə ibadət edirdi.


Durmadan, gecə-gündüz dualarımda səni yada saldığım zaman ata-babalarım kimi təmiz vicdanla ibadət etdiyim Allaha şükür edirəm.


Bəli, qardaşlar, bizim əmək və zəhmətimizi xatırlayırsınız: heç birinizə yük olmamaq üçün gecə-gündüz çalışaraq sizə Allahın Müjdəsini vəz etdik.


Məgər Allah Öz seçdiklərini, gecə-gündüz Ondan imdad istəyənlərin haqqını qorumayacaqmı? Onları çox gözlədəcəkmi?


Ya Rəbb, ey məni qurtaran Allah, Gecə-gündüz Sənə yalvarıram!


Axşam düşəndə İshaq bir qədər düşünmək üçün çöllüyə getdi. O, başını qaldırıb baxanda gördü ki, dəvələr gəlir.


Ezra özünü Rəbbin Qanununu tədqiq və tətbiq etməyə, İsraildə qayda-qanunları öyrətməyə həsr etmişdi.


跟着我们:

广告


广告