Biblia Todo Logo
在线圣经

- 广告 -




RUT 3:3 - Azərbaycan Bibliyası 2008

3 Sən də yuyun, ətirlən və ən gözəl paltarını geyinib xırmana en. Amma o yeyib-içməyini qurtarmayınca özünü ona göstərmə.

参见章节 复制

ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

3 Sən də yuyun, ətirlən və ən gözəl paltarını geyinib xırmana en. Amma o yeyib-içməyini qurtarmayınca özünü ona göstərmə.

参见章节 复制

МУГӘДДӘС КИТАБ

3 Сән дә јујун, әтирлән вә ән ҝөэәл палтарыны ҝејиниб хырмана ен. Амма о јејиб-ичмәјини гуртармајынҹа өэүнү она ҝөстәрмә.

参见章节 复制




RUT 3:3
10 交叉引用  

Yoav Teqoaya adam göndərib oradan müdrik bir qadın gətirtdi və ona dedi: «Rica edirəm, özünü yaslı adam kimi göstər. Yas paltarı geyin, başına zeytun yağı sürtmə, özünü çoxdan bəridir ki, ölən üçün yas tutan bir qadına bənzət.


Üçüncü gün Ester mələkə libasını geyindi və sarayının içəri həyətində padşahın otağı ilə üzbəüz dayandı. Padşah otağında üzü qapıya tərəf taxtında oturmuşdu.


Amma sən oruc tutanda başına yağ çək və üzünü yu.


Qoy paltarın həmişə ağ olsun, Başından ətirli yağ əskik olmasın.


Ürəkləri xoşhal edən şərabı, Üzləri güldürən zeytun yağını, Taqət verən çörəyi.


Bax qulluqçu qızları ilə sahəsində işlədiyin Boaz bizim qohumumuzdur. O bu gecə xırmanda arpa sovurur.


Elə ki yatmağa getdi, yerini tapıb onun ayaqlarının üstünü açaraq ayaq tərəfində yatarsan. Sonra nə etmək lazımdırsa, o özü sənə deyəcək».


Davud yerdən qalxdı, yuyunub başına zeytun yağı sürtdü və paltarlarını dəyişərək Rəbbin evinə gedib səcdə qıldı. Evə qayıdıb yemək istəyəndə qarşısına yemək qoydular və o yedi.


Mən səni su ilə yudum, qanını tamamilə üstündən təmizlədim, yağla məsh etdim.


跟着我们:

广告


广告