Biblia Todo Logo
在线圣经

- 广告 -




MƏRSİYƏLƏR 3:26 - Azərbaycan Bibliyası 2008

26 Rəbbə ümid bəsləmək, Sakitcə bizə qurtuluş verməsini gözləmək nə yaxşıdır.

参见章节 复制

ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

26 Rəbbə ümid bəsləmək, Sakitcə bizə qurtuluş verməsini gözləmək nə yaxşıdır.

参见章节 复制

МУГӘДДӘС КИТАБ

26 Рәббә үмид бәсләмәк, Сакитҹә биэә гуртулуш вермәсини ҝөэләмәк нә јахшыдыр.

参见章节 复制




MƏRSİYƏLƏR 3:26
24 交叉引用  

Rəbbin hüzurunda sükut et, Onu səbirlə gözlə. Yolunda uğur qazanan Hiyləgər insan üçün narahat olma.


Rəbbi gözlə, Onun yolunu tut, O sənə ölkəni mülk olaraq verəcək, səni yüksəldəcək. Pislərin kəsilib atılacağı zamanı görəcəksən.


Rəbbi gözləyirəm, döyünən ürəyim gözləyir, Onun sözünə ümid edirəm.


Buna görə cəsarətinizi itirməyin, bu cəsarətə görə mükafatınız böyükdür.


Ya Rəbb! Mən Sənin xilasını gözləyirəm.


Buna görə ağlınızı toplayıb ayıq durun. Ümidinizi bütünlüklə İsa Məsihin zühurunda sizə veriləcək lütfə bağlayın.


Çünki əvvəldən bizdə olan etimadı sonadək möhkəm saxlasaq, Məsihlə ortaq olarıq.


Xudavənd Rəbb, İsrailin Müqəddəsi belə deyir: «Mənə tərəf dönüb rahatlıq tapanda xilas olarsınız, Sakitləşib inanmaqla qüdrətli olarsınız, Lakin siz bunu istəmirsiniz.


Ya Rəbb, xilasına ümid bəsləmişəm, Əmrlərinə əməl etmişəm.


Ya Rəbb, qurtuluşun üçün həsrət çəkirəm, Qanunundan zövq alıram.


Bu səfərdə döyüşmək sizə lazım olmayacaq. Ey Yəhudalılar və Yerusəlimlilər, səf bağlayıb durun, sizinlə bərabər olan Rəbbin xilasını görün. Qorxmayın və ruhdan düşməyin. Sabah onların qarşısına gedin və Rəbb sizinlə olacaq”».


Sənə könüllü qurban kəsəcəyəm, Ya Rəbb, gözəl isminə şükür edəcəyəm!


Sənin gördüyün işlərə görə daim şükür edirəm, Möminlərin qarşısında gözəl isminə ümid bağlayıram!


Mənim üçün Allaha yaxınlaşmaq yaxşıdır, Xudavənd Rəbbə pənah gətirmişəm, Ona görə bütün işlərini hamıya çatdıracağam!


Yaxşı niyyətlə olarsa, qeyrətimi çəkməniz yaxşıdır, amma bu, yalnız yanınızda olduğum vaxt deyil, daimi olsun.


Misirin köməyi boş və faydasızdır, Buna görə də Mən Misirə «Tənbəl Rahav» adını qoydum.


Nə yaxşıdır Rəbbə şükür etmək, Ey Haqq-Taala, isminə tərənnüm söyləmək,


Musa isə xalqa belə dedi: «Qorxmayın! Durun, Rəbbin bu gün sizi necə xilas edəcəyinə baxın. İndi gördüyünüz Misirliləri daha heç vaxt görməyəcəksiniz.


Ona belə de: «Diqqətli və sakit ol, qorxma! Qoy ürəyin bu tüstülənən, yarısı yanmış iki odun parçasından – Resinin, Aramın və Remalya oğlunun qızğın qəzəbindən qorxmasın!


Millətlərin bütləri arasında Yağış yağdıra biləni varmı? Göylər leysan tökə bilərmi? Bunu edən Sən deyilsənmi, ya Rəbb Allahımız? Ümidimiz Sənədir. Çünki bütün bu şeyləri Sən etdin.


Yaxşı olar ki, insan Boyunduruğunu gənc yaşından daşısın.


Sakit olun, Rəbb sizin üçün döyüşəcək!»


Yalnız Odur qayam, qurtuluşum, O mənim qalamdır, mən əsla sarsılmaram.


Çünki bu görüntü müəyyən vaxt üçündür, Başa çatmağa tələsir və yalan deyil. Gecikmiş kimi görünsə də, gözləyin, Hökmən gələcək, gecikməyəcək.


跟着我们:

广告


广告