Biblia Todo Logo
在线圣经

- 广告 -




MƏRSİYƏLƏR 1:5 - Azərbaycan Bibliyası 2008

5 İndi düşmənlər bu şəhərin üstündə hökmrandır, Bu yağılar gör necə firavan yaşayır. Çox üsyankar olduqlarına görə Rəbb onları bu zülmə saldı, Övladları düşmən önündə əsir aparıldı.

参见章节 复制

ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

5 İndi düşmənlər bu şəhərin üstündə hökmrandır, Bu yağılar gör necə firavan yaşayır. Çox üsyankar olduqlarına görə Rəbb onları bu zülmə saldı, Övladları düşmən önündə əsir aparıldı.

参见章节 复制

МУГӘДДӘС КИТАБ

5 Инди дүшмәнләр бу шәһәрин үстүндә һөкмрандыр, Бу јағылар ҝөр неҹә фираван јашајыр. Чох үсјанкар олдугларына ҝөрә Рәбб онлары бу эүлмә салды, Өвладлары дүшмән өнүндә әсир апарылды.

参见章节 复制




MƏRSİYƏLƏR 1:5
38 交叉引用  

O mənə dedi: «İsrail və Yəhuda nəslinin təqsiri böyükdür, çox böyükdür. Ölkə qanla, şəhər azğınlıqla doludur. Çünki onlar “Rəbb ölkəni tərk etdi, Rəbb görmür” deyir.


Keşikçilər rəisi Nevuzaradan şəhərdə sağ qalan xalqı, onun tərəfinə keçənləri – sağ qalan bütün əhalini Babilə sürgün etdi.


Bütün düşmənlərimizin bizə qarşı Ağızları açıldı.


Rəbb Öz iradəsini yerinə yetirdi, Qədim zamanlarda əmr etdiyi sözü həyata keçirtdi. Səni viran qoydu, aman vermədi, Düşmənlərini sənin halına sevindirdi, Yağılarını gücləndirdi.


Rəbb adildir, mən isə əmrinə qarşı çıxdım, Ey bütün xalqlar, siz mənə qulaq asın! Mənim çəkdiyim bu dərdə baxın, Bakirə qızlarım, igidlərim sürgünə gedib.


Yerusəlim peyğəmbərləri arasında Bu qorxunc işi gördüm: Zina edirlər, Yalan dalınca gedirlər. Zorakıların qoluna güc verirlər. Beləcə heç kəs pisliyindən dönmür. Hamısı Mənim üçün Sodom kimi, Şəhər xalqı Homorra kimi oldu».


Evimi tərk etdim, İrsimi əldən verdim, Sevgilimi düşmənlərə təslim etdim.


Rəbb bəyan edir: «Bunlara görə Mən onlara cəza verməyimmi? Belə bir millətdən qisas almayımmı?


Müqəddəs xalqın qısa müddətə Sənin Müqəddəs məkanına sahib oldu. İndi isə oranı düşmənlərimizin ayağı tapdalayır.


Onun düşmənlərinin sağ əlini yuxarı qaldırmısan, Bütün yağılarını sevindirmisən.


Qonşularımızla bizi çəkişməyə vadar etdin, Düşmən bizi ələ salıb gülür.


Ölümümdən sonra tamamilə pozulacağınızı, sizə əmr etdiyim yoldan azacağınızı bilirəm. Axır zamanda müsibətlərlə qarşılaşacaqsınız. Çünki Rəbbin gözündə pis olan işləri görərək əməllərinizlə Onu qəzəbləndirəcəksiniz».


Çünki Ordular Rəbbi Xudavəndin Görüntü vadisində təlaş, basqın və çaşqınlıq günü var. Divarların dağıdılması və fəryadın dağlara çatdığı gün gəlir.


Çadırım yıxıldı, Bütün iplərim qopdu. Uşaqlarım məni tərk etdi, Onlar artıq yoxdur. Çadırımı quran, pərdələrimi asan qalmadı.


Yerusəlim böyük günah işlətdi, Ona görə özünü murdar etdi. Yerusəlimə hörmət edənlərin hər biri İndi ona xor baxır, Çünki onu çılpaq görürlər, O da üzünü yana çevirib inləyir.


Mənim də onlara yazığım gəlməyəcək və rəhm etməyəcəyəm, əməllərinin əvəzini başlarına gətirəcəyəm».


Çünki gözümdə pis olan işlər edirdilər və ataları Misirdən çıxdıqları gündən bu günə qədər Məni qəzəbləndirirdilər”».


Bunlar üçün ağlayıram, Gözlərimdən yaş axır. Təsəlli verən məndən uzaqdır, Məni dirçəldən uzaqdır. Övladlarım yalqız qalıb, Çünki düşmən zəfər çalıb.


跟着我们:

广告


广告