Biblia Todo Logo
在线圣经

- 广告 -




MİKEYA 7:3 - Azərbaycan Bibliyası 2008

3 Pis işlərə əlləri zirək olur, Rəislər, hakimlər rüşvət tələb edir, Dövlətlilər istədiklərini edir, Hamısı hiylə ilə iş görür.

参见章节 复制

ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

3 Pis işlərə əlləri zirək olur, Rəislər, hakimlər rüşvət tələb edir, Dövlətlilər istədiklərini edir, Hamısı hiylə ilə iş görür.

参见章节 复制

МУГӘДДӘС КИТАБ

3 Пис ишләрә әлләри эирәк олур, Рәисләр, һакимләр рүшвәт тәләб едир, Дөвләтлиләр истәдикләрини едир, Һамысы һијлә илә иш ҝөрүр.

参见章节 复制




MİKEYA 7:3
26 交叉引用  

Rəhbərləri rüşvətlə hökm edir, Kahinləri muzdla təlim verir, Peyğəmbərləri falçılıq edib pul alır. Amma Rəbbə güvənərək belə deyirlər: «Rəbb aramızda deyilmi? Üstümüzə bəla gəlməz».


Çünki cinayətlərinizin çox, Günahlarınızın ağır olduğunu bilirəm. Ey salehi incidənlər, rüşvət alanlar, Möhtacların haqqını tapdalayanlar!


Buna görə də arvadlarını başqa adamlara, Tarlalarını isə başqa sahiblərə verəcəyəm, Ona görə ki böyükdən kiçiyə qədər Hər kəs haram qazanc dalınca qaçır. Peyğəmbərdən kahinə qədər Hər biri yalan iş görür.


Buna görə də münasib vaxtdan əvvəl, yəni Rəbb gəlməyənədək heç bir işi mühakimə etməyin. O gəlib qaranlıqda gizlənən şeylərə işıq salacaq və insan ürəklərinin niyyətlərini aşkara çıxaracaq. Onda hər kəs Allahdan ona düşən tərifi alacaq.


«Onu sizə təslim etsəm, mənə nə verərsiniz?» Onlar da Yəhudaya otuz gümüş təklif etdilər.


Onlar içkiləri qurtarandan sonra Hələ pozğunluq da edir. Onların başçıları rüsvayçılığı çox sevir.


Ölkə içindəki başçıları ovunu parçalayan canavar kimidir, haqsız muzd əldə etmək üçün qan tökür, cana qıyırlar.


Budur, sənin içində olan hər bir İsrail rəhbəri əlindən gəldiyi qədər qan tökür.


Sən həmişə qəzəbli olacaqsan, Əbədi kin saxlayacaqsanmı?” deyə çağırırsan. Belə danışırsan, amma gücün çatdığı qədər pislik edirsən».


Çünki budur, Rəbb yer üzünün sakinlərini Qəbahətləri üzündən cəzalandırmaq üçün Öz məskənindən gəlir. Torpaq udduğu qanı üzə çıxaracaq, Öldürülənləri artıq gizlətməyəcək.


Başçılarınız üsyankar olub oğrularla əlbirdir. Hər kəs rüşvəti sevir, bəxşiş dalınca düşür. Yetimin haqqını qorumur, Dul qadını müdafiə etmək haqqında düşünmür.


Şər qoltuğuna rüşvət götürər ki, Ədalət yollarını pozsun.


İnsan insanla, qonşu qonşusu ilə, Cavan yaşlı ilə, adi adam nüfuzlu insanla Həyasızcasına rəftar edəcək.


Vay halına rüşvət alıb təqsirkara bəraət qazandıranların, Haqlıların haqqını əlindən alanların!


Alçaq adamın əməlləri pisdir. O, hiylə işlədir ki, Yalan sözlərlə haqlı olan yoxsula ziyan versin.


O mənə dedi: «İsrail və Yəhuda nəslinin təqsiri böyükdür, çox böyükdür. Ölkə qanla, şəhər azğınlıqla doludur. Çünki onlar “Rəbb ölkəni tərk etdi, Rəbb görmür” deyir.


Sənin içində qan tökmək üçün rüşvət alırlar. Sələm və müamilə ilə pul verirsən, zorakılıqla qonşularından haqsız muzd alırsan. Beləcə Məni unutdun” Xudavənd Rəbb belə bəyan edir.


Padşahı pislikləri ilə, Başçıları yalanları ilə sevindirirlər.


Dünən xalqım idiniz, Bu gün isə Mənə düşmən oldunuz. Müharibədən qayıdanların, Yoldan sakit keçənlərin Əynindən paltarlarını alıb Onları soyursunuz.


Siz ki yaxşıya nifrət edirsiniz, Pisliyi sevirsiniz, Xalqımın dərisini soyursunuz, Ətini sümüklərindən qoparırsınız,


Niyyəti hiyləli olan göz vurar, Dodaq büzər, şər qurar.


Həqiqətən, xalqım ağılsızdır, Məni tanımır. Onlar cahil övladlardır, Dərrakələri yoxdur, Ağılları pislik etməyə çatır, Yaxşılıq etməyin nə olduğunu bilmirlər.


Siz bütün zəif qoyunları böyrünüzlə və çiyninizlə itələyir, kənara çıxarmaq üçün buynuzlarınızla vurursunuz.


跟着我们:

广告


广告