Biblia Todo Logo
在线圣经

- 广告 -




MİKEYA 6:1 - Azərbaycan Bibliyası 2008

1 Rəbbin nə dediyini indi dinləyin: «Məhkəmə qarşısında durun, Qoy dağlar bunun şahidi olsun, Qoy təpələr səsinizi eşitsin!

参见章节 复制

ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

1 Rəbbin nə dediyini indi dinləyin: «Məhkəmə qarşısında durun, Qoy dağlar bunun şahidi olsun, Qoy təpələr səsinizi eşitsin!

参见章节 复制

МУГӘДДӘС КИТАБ

1 Рәббин нә дедијини инди динләјин: «Мәһкәмә гаршысында дурун, Гој дағлар бунун шаһиди олсун, Гој тәпәләр сәсиниэи ешитсин!

参见章节 复制




MİKEYA 6:1
22 交叉引用  

Ölkə, ey ölkə, Rəbbin sözünü eşit, ey ölkə!


«Ey göylər, qulaq asın, söyləyəcəyəm, Qoy yer üzü dilimdən çıxan sözləri eşitsin.


Eşidin, ey bütün xalqlar, Qulaq asın, yer üzü və orada yaşayanlar! Qoy Xudavənd Rəbb sizə qarşı müqəddəs məbədindən Şəhadət etsin.


Sən ey bəşər oğlu, İsrail dağları üçün peyğəmbərlik edib söylə ki, ey İsrail dağları, Rəbbin sözünü eşidin.


O, xalqını mühakimə etmək üçün Yuxarıdakı göyü və yeri şahid çağırır:


sizin qarşınızda bu gün göyləri və yeri şahid tuturam ki, mülk olaraq almaq üçün İordan çayını keçib getdiyiniz torpaq üzərindən tezliklə yox olacaqsınız. O torpaqda uzun ömür sürməyəcəksiniz, tamamilə məhv olacaqsınız.


Ey İsrail dağları, siz qol-budaq atacaq, xalqım İsrail üçün meyvə verəcəksiniz, ona görə ki xalqım İsrail tezliklə öz yurduna qayıdacaq.


Ey göylər, eşidin, Ey yer üzü, dinləyin! Çünki Rəbb belə söylədi: «Övladlar yetişdirib böyütdüm, Amma onlar Mənə qarşı üsyankar oldular.


Lakin İsa cavabında onlara dedi: «Sizə bunu deyirəm ki, əgər onlar sussa, daşlar dilə gələr!»


Güclü Rəbb Allah çağırır, Gündoğandan günbatanadək Bütün yer üzünü səsləyir.


Od yanında əriyən mum tək önündə dağlar əriyəcək, Təpələrdən gələn sellər tək yarğanlar açacaq.


O mənə dedi: «Bu sümüklər üçün peyğəmbərlik edib onlara söylə ki, ey quru sümüklər, Rəbbin sözünü eşidin.


Eşidin və qulaq asın, Qürurlu olmayın, Çünki Rəbb belə söylədi.


Ey İsraillilər! Rəbbin əleyhinizə dediyi sözü dinləyin! Misir torpağından çıxardığı bu nəslin hamısına belə deyir:


Şamuel Şaula dedi: «Dayan, bu gecə Rəbbin mənə söylədiklərini sənə deyəcəyəm». Şaul dedi: «Danış».


İndi isə Rəbbin hüzurunda dayanın. Rəbbin sizə və atalarınıza etdiyi bütün haqq işlər barədə sübutlar göstərəcəyəm.


İtaətsiz millətlərdən qəzəblə, hiddətlə qisas alacağam».


Ey dağlar və yerin sarsılmaz təməlləri, Rəbbin ittihamını eşidin! Rəbb Öz xalqını ittiham edir, İsraili məhkəməyə verir.


Rəbb məhkəməsini qurmaq üçün qalxır, Xalqları mühakimə etmək üçün durur.


söylə ki, ey İsrail dağları, Xudavənd Rəbbin sözünü dinləyin, dağlara, təpələrə, vadilərə və dərələrə Xudavənd Rəbb belə deyir: “Baxın Mən üstünüzə qılınc gətirəcəyəm və səcdəgahlarınızı məhv edəcəyəm.


跟着我们:

广告


广告