16 İsa dedi: «Siz də hələ dərk etməmisiniz?
16 Иса деди: «Сиэ дә һәлә дәрк етмәмисиниэ?
Hələ dərk etmirsinizmi? Beş min nəfər üçün beş çörəyi və neçə zənbil yığdığınızı xatırlamırsınızmı?
Lakin şagirdlər bu sözü başa düşmədilər və Ondan soruşmaqdan da qorxurdular.
İsa onlara cavab verdi: «Siz də hələ dərk etməmisiniz? Başa düşmürsünüz ki, kənardan insanın daxilinə girən şey insanı murdar edə bilməz?
Lakin şagirdlər bu sözü başa düşmədilər. Bu sözün mənası onlar üçün gizli qaldı və Ondan bu söz barədə soruşmaqdan da qorxurdular.
İsa camaatı yanına çağırıb onlara dedi: «Qulaq asın və dərk edin.
Siz artıq müəllim olmalı idiniz; amma kimsənin sizə təkrarən Allahın kəlamının ibtidai təlimlərini öyrətməsinə hələ də möhtacsınız. Siz bərk yeməyə yox, südə möhtac olmusunuz.
Bundan sonra Müqəddəs Yazıları anlamaq üçün onların zehnini açdı.
Amma şagirdlər bu sözlərdən heç bir şey başa düşmədilər. Bu sözlər onlar üçün gizli saxlandı və onlar deyilənləri anlamırdılar.
Çünki inadkar ürəkli olduqlarına görə çörəklə bağlı işi hələ də başa düşməmişdilər.
Necə anlaya bilmirsiniz ki, Mən sizinlə danışanda çörəyi nəzərdə tutmamışdım? Fariseylərin və sadukeylərin mayasından özünüzü gözləyin».
İsa «Bütün bunları anladınızmı?» deyə soruşdu. Onlar İsaya «bəli, ya Rəbb» dedilər.
Peter Ona cavab verərək dedi: «Bu məsəli bizə izah et».
Başa düşmürsünüz ki, ağıza girən hər şey qarına gedir və ifraz olunur?