Biblia Todo Logo
在线圣经

- 广告 -




HAKİMLƏR 5:2 - Azərbaycan Bibliyası 2008

2 Başçılar İsraildə rəhbərlik edəndə, Xalq özünü könüllü təqdim edəndə Rəbbə alqış edin!

参见章节 复制

ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

2 Başçılar İsraildə rəhbərlik edəndə, Xalq özünü könüllü təqdim edəndə Rəbbə alqış edin!

参见章节 复制

МУГӘДДӘС КИТАБ

2 Башчылар Исраилдә рәһбәрлик едәндә, Халг өэүнү көнүллү тәгдим едәндә Рәббә алгыш един!

参见章节 复制




HAKİMLƏR 5:2
23 交叉引用  

Mənim könlüm İsrailə hökm edənlərlədir, Xalq içində özünü könüllü təqdim edənlərlədir. Rəbbə alqış edin!


Döyüşəcəyin gün xalqın könüllü olaraq sənə qoşulacaq, Gənclərin səhər şehi kimi müqəddəs libasını geyib yanına gələcək.


onun yanında könüllü olaraq Rəbbin işini boynuna götürən Zikri oğlu Amasya və onunla birgə iki yüz min igid döyüşçü;


Çünki sizdə fəaliyyət göstərən Allahdır, belə ki Onun xoş məramını həm istəyəsiniz, həm də bunun üçün fəaliyyət göstərəsiniz.


Çünki Onun hökmləri Həqiqi və ədalətlidir. O, əxlaqsızlığı ilə yer üzünü azdıran Böyük fahişəni mühakimə etdi, Öz qullarının qanının qisasını Ondan aldı».


Ey göylər, Müqəddəslər, həvarilər və peyğəmbərlər, Onun halını bayram edin! Onun sizin üçün çıxartdığı hökmü Allah onun öz başına gətirdi.


Amma sənin razılığın olmadan heç bir iş görmək istəmədim. İstədim ki, etdiyin yaxşılıq məcburi deyil, könüllü olsun.


Könülsüz yaxud məcburi yox, hər kəs ürəyinin niyyətinə görə pay versin. Çünki Allah sevinə-sevinə pay verən adamı sevir.


Çünki insanın həvəsi varsa, verdiyi yardım imkanı çatmadığı qədər yox, imkanına görə məqbul sayılır.


Əgər bunu könüllü olaraq edirəmsə, mükafatım var. Yox, əgər bunu könüllü etmirəmsə, mənə tapşırılan vəzifəmi yerinə yetirirəm.


Fironla ordusunu Qırmızı dənizdə batırdı, Çünki məhəbbəti əbədidir!


Ya Rəbb, Sənin hökmlərini Sion eşidib sevinir, Yəhuda qızları cuşa gəlir.


Ya Rəbb, qisas alan Allah! Ey qisas alan Allah, nurunu saç!


Qoy Sion dağı sevinsin. Sənin hökmlərinə görə Qoy Yəhuda qızları şad olsun.


O, Allahdır, mənə görə qisas alır, Xalqları mənə tabe etdirir.


Yerusəlimdə könüllü yaşamağa gedənlərin hamısına xalq xeyir-dua verdi.


Ey millətlər, Onun xalqı ilə birgə sevinin! Çünki O, qullarının qan qisasını alacaq, Düşmənlərindən əvəz çıxacaq, Ölkəsi və xalqı üçün kəffarə edəcək».


O özü üçün ilk torpağı seçdi. Çünki onun üçün sərdarın payı saxlanıldı. Xalq rəhbərləri yığılanda Rəbbin ədalətini, İsraillilərə gətirdiyi hökmləri icra etdi».


Rəbbə alqış et, ey könlüm, Unutma etdiyi yaxşılıqları:


跟着我们:

广告


广告