Biblia Todo Logo
在线圣经

- 广告 -




HAKİMLƏR 16:2 - Azərbaycan Bibliyası 2008

2 Qəzzəlilərə xəbər çatdı ki, Şimşon buraya gəlib. Qəzzəlilər evi mühasirəyə aldılar. «Dan yeri ağarana qədər onu öldürərik» deyərək bütün gecəni şəhərin darvazasında pusquda durub onu gözlədilər.

参见章节 复制

ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

2 Qəzzəlilərə xəbər çatdı ki, Şimşon buraya gəlib. Qəzzəlilər evi mühasirəyə aldılar. «Dan yeri ağarana qədər onu öldürərik» deyərək bütün gecəni şəhərin darvazasında pusquda durub onu gözlədilər.

参见章节 复制

МУГӘДДӘС КИТАБ

2 Гәээәлиләрә хәбәр чатды ки, Шимшон бураја ҝәлиб. Гәээәлиләр еви мүһасирәјә алдылар. «Дан јери ағарана гәдәр ону өлдүрәрик» дејәрәк бүтүн ҝеҹәни шәһәрин дарваэасында пусгуда дуруб ону ҝөэләдиләр.

参见章节 复制




HAKİMLƏR 16:2
11 交叉引用  

Şaul dağın bir tərəfi, Davudla adamları isə dağın o biri tərəfi ilə getməkdə idi. Davud cəld tərpənib Şaulun qabağından qaçdı, çünki Şaulla adamları Davudla adamlarını tutmaq üçün oranı mühasirəyə alırdılar.


Amma onların bu qəsdi haqqında xəbər Şaula çatdı. Yəhudilər onu öldürmək üçün gecə-gündüz şəhərin qapılarında pusqu qururdu.


İndi siz Ali Şura ilə birgə guya Paulun işinə daha dəqiq baxmaq istəyərək minbaşıdan xahiş edin ki, onu yanınıza gətirsin. Paul buraya gəlməmiş biz onu öldürməyə hazır olacağıq».


Səhər açılanda bütün başçı kahinlərlə xalqın ağsaqqalları İsanı edam etmək üçün məşvərət etdilər.


Bağbanlarsa oğulu görəndə öz aralarında dedilər: “Varis budur. Gəlin onu öldürək və miras bizə qalsın”.


Şaul Davudun evinə adamlar göndərdi ki, onu güdüb səhər ikən öldürsünlər. Davudun arvadı Mikal bunu Davuda xəbər verib dedi: «Əgər bu gecə canını qurtarmasan, səhər ikən öldürüləcəksən».


Bundan sonra Şimşon bərk susadı və Rəbbə fəryad edib dedi: «Sən quluna bu böyük qələbəni verdin, amma indi mən susuzluqdan ölüb sünnətsizlərin əlinə düşümmü?»


Qoşunların Yerusəlimi mühasirə etdiyini görəndə bilin ki, onun viranə qalacağı vaxt yaxınlaşmışdır.


Şimşon gecəyarısına qədər yatdı, sonra ayağa qalxdı. O gəlib şəhər darvazasının hər iki dirəyindən tutaraq cəftə qarışıq darvazanı çiyninə qoydu və Xevronun qarşısındakı dağın təpəsinə çıxartdı.


跟着我们:

广告


广告