Biblia Todo Logo
在线圣经

- 广告 -




AMOS 5:1 - Azərbaycan Bibliyası 2008

1 Ey İsrail nəsli, sizin barənizdə mərsiyə kimi oxuduğum bu sözləri dinləyin!

参见章节 复制

ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

1 Ey İsrail nəsli, sizin barənizdə mərsiyə kimi oxuduğum bu sözləri dinləyin!

参见章节 复制

МУГӘДДӘС КИТАБ

1 Еј Исраил нәсли, сиэин барәниэдә мәрсијә кими охудуғум бу сөэләри динләјин!

参见章节 复制




AMOS 5:1
19 交叉引用  

Sən İsrail rəhbərləri üçün mərsiyə oxuyub söylə:


Ordular Rəbbi belə deyir: «İndi düşünün, Mərsiyəçi qadınları çağırın gəlsinlər, Bu işdə bacarıqlı olanları Gətirin gəlsinlər.


Dağlar üçün ağlayıb nalə çəkəcəyəm, Çölün otlaqları üçün mərsiyə oxuyacağam. Çünki hamısı yandı, Daha kimsə oradan keçmir, Naxırın böyürtüsü eşidilmir. Quşlar və heyvanlar da qaçıb getdi.


Ey Yerusəlim, saçını kəsib at, Çılpaq təpələr üzərində mərsiyə oxu, Çünki Rəbb qəzəbləndiyi nəsli Rədd edib tərk etdi.


O gün sizi lağa qoyub, Belə yanıqlı mərsiyə oxuyacaqlar: “Biz tamam məhv olduq! Rəbb xalqımın payını dəyişdirdi, Onu necə məndən uzaqlaşdırdı, Tarlamızı satqınlara payladı”.


Ordular Allahı Xudavənd Rəbb belə deyir: “Bütün meydanlardan fəğan qopacaq, Bütün küçələrdə ah-zar edəcəklər. Fəğan edən mərsiyə oxuyanlarla Kəndlilər yas tutmağa çağırılacaqlar.


Ey sizlər, Samariya dağında bəslənən Başan inəkləri! Bu sözü dinləyin, ey yoxsullara zülm edən, Möhtacları sıxışdıran, ərlərinə “gətir içək” deyən qadınlar!


Ey İsraillilər! Rəbbin əleyhinizə dediyi sözü dinləyin! Misir torpağından çıxardığı bu nəslin hamısına belə deyir:


Misir üçün oxunan mərsiyə budur. Millətlərin qızları bu mərsiyəni oxuyacaq. Misir və onun xalqı üçün bu mərsiyəni oxuyacaqlar. Xudavənd Rəbb belə bəyan edir».


«Ey bəşər oğlu, Misir padşahı firon üçün mərsiyə oxuyub ona söylə: “Millətlər içində özünü cavan bir aslana bənzətdin, Amma sən bir dəniz əjdahası kimisən. Çayları qarışdırırsan, Ayaqlarınla suları çalxalayıb Çayları bulandırırsan”.


“Sən kamilliyin möhürüsən, Müdrikliyin bütöv, Gözəlliyin qüsursuz idi.


«Sən ey bəşər oğlu, Sur üçün mərsiyə oxuyub


Onlar sənin üçün mərsiyə oxuyub deyəcək: ‹Dənizçilərin yaşadığı məşhur şəhər, Sən necə məhv oldun? Dənizdə güclü idin. Sən və sənin əhalin Sahildə yaşayanların hamısını Dəhşətə salmışdınız.


Gövdəsinin bir budağından od çıxdı, Onun meyvəsini yandırıb-yaxdı. Onda padşah əsası olmaq üçün Bir möhkəm budaq da qalmadı”. Bu bir mərsiyə idi, mərsiyə olaraq da qalacaq».


Ey qadınlar, Rəbbin sözünü eşidin, Ağzından çıxan sözə qulaq asın. Qızlarınıza fəryad etməyi öyrədin, Hər kəs yoldaşına mərsiyə oxumağı öyrətsin.


Rəbb bəyan edir: «Bunlara görə Mən onlara cəza verməyimmi? Belə bir millətdən qisas almayımmı?»


Buna görə Rəbb belə deyir: «İndi millətlər arasında soruşun ki, Kim belə sözlər eşitmişdir? Bakirə qıza bənzəyən İsrail Dəhşətli bir iş etdi.


Samariyanın bütlərə and içib ‹Ey Dan, allahının haqqı!›, ‹Beer-Şevaya gedən yol haqqı!› deyən adamlar Yıxılacaq və bir daha qalxmayacaq”.


跟着我们:

广告


广告