Biblia Todo Logo
在线圣经

- 广告 -




1 SALONİKLİLƏRƏ 4:9 - Azərbaycan Bibliyası 2008

9 Qardaşlıq sevgisinə gəlincə, sizə yazmağa ehtiyac yoxdur, çünki Allah bir-birinizi sevməyi öyrədib.

参见章节 复制

ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

9 Qardaşlıq sevgisinə gəlincə, sizə yazmağa ehtiyac yoxdur, çünki Allah bir-birinizi sevməyi öyrədib.

参见章节 复制

МУГӘДДӘС КИТАБ

9 Гардашлыг севҝисинә ҝәлинҹә, сиэә јаэмаға еһтијаҹ јохдур, чүнки Аллаһ бир-бириниэи севмәји өјрәдиб.

参见章节 复制




1 SALONİKLİLƏRƏ 4:9
30 交叉引用  

Əvvəldən bəri eşitdiyiniz xəbər budur: bir-birimizi sevək.


Qardaşlıq sevgisi ilə bir-birinizi sevin. Hörmət göstərməkdə bir-birinizi qabaqlayın.


Onun əmri də budur ki, biz Onun Oğlu İsa Məsihin adına iman edək və Onun bizə əmr etdiyi kimi bir-birimizi sevək.


Bizim Ondan aldığımız əmr budur ki, Allahı sevən gərək öz qardaşını da sevsin.


Aranızda daimi qardaşlıq sevgisi olsun.


Qardaşlar, zaman və məqamlar barədə sizə yazmağa ehtiyac yoxdur.


İmanlıların hamısı canbir qəlbdə idi. Heç kim öz əmlakına «bu mənimdir» demir, bütün əmlaklarından birgə istifadə edirdi.


Qardaşını sevən nurda qalır və onda büdrəmə səbəbi yoxdur.


möminliyinizə qardaşlıq sevgisi və qardaşlıq sevgisinə məhəbbət əlavə edin.


Hər şeydən əvvəl, bir-birinizi can-dildən sevin, çünki «məhəbbət çox günahı örtər».


Nəhayət, hamınız həmfikir olun. Başqalarının hər bir hissinə şərik olun, bir-birinizi qardaşlıq məhəbbəti ilə sevin, rəhmli və itaətkar olun.


«“O günlərdən sonra Onlarla bağlayacağım Əhd belədir” Rəbb bəyan edir, “Qanunlarımı onların ürəyinə qoyub Zehinlərinə yazacağam”».


Lakin Vəsatətçi – Atanın Mənim adımla göndərəcəyi Müqəddəs Ruh hər şeyi sizə öyrədəcək və söylədiyim bütün sözləri yadınıza salacaq.


Nə yaxşıdır, nə xoşdur Qardaş olub bir yaşamaq!


Buna bənzəyən ikincisi budur: “Qonşunu özün kimi sev”.


«Bundan sonra bir kəs öz qonşusunu yaxud qardaşını “Rəbbi tanıyın” deyib öyrətməyəcək. Ona görə ki böyükdən kiçiyə qədər hamı Məni tanıyacaq. Çünki təqsirlərini bağışlayacağam, günahlarını daha yada salmayacağam» Rəbb belə bəyan edir.


Səni yaradan, göyləri sərən, Dünyanın təməlini qoyan Rəbbi necə unudursan? Səni məhv etmək niyyətində olan Zülmkarın qəzəbindən gün boyu, dayanmadan qorxursan. Bəs hanı zülmkarın qəzəbi?


O qurbanı yeyən adam Rəbbin müqəddəs yeməyini murdar etdiyinə görə cəzasını çəkər. Qoy o, xalqı arasından qovulsun.


«O günlərdən sonra İsrail xalqı ilə bağlayacağım Əhd belədir: qanunumu onların daxilinə qoyub ürəklərinə yazacağam. Mən onların Allahı, onlar da Mənim xalqım olacaq» Rəbb belə bəyan edir.


Müqəddəslərə göstəriləcək yardımla əlaqədar sizə yazmağıma ehtiyac yoxdur.


Beləliklə, aramızda kim kamildirsə, qoy belə düşünsün. Hər hansı bir mövzuda fərqli düşüncələriniz varsa, Allah bunu da sizə açacaq.


跟着我们:

广告


广告