ƏYYUB 25 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)Bildad 1 Şuahlı Bildad belə cavab verdi: 2 «Səltənət və zəhm Allaha məxsusdur, Uca göylərdə nizam quran Odur. 3 Orduları saya gələrmi? İşığı kimin üzünə doğmaz? 4 Fani insan Allah qarşısında necə saleh ola bilər? Qadından doğulan necə təmiz ola bilər? 5 Bax Onun gözündə ay belə, parlaq deyilsə, Ulduzlar belə, pak deyilsə, 6 Torpaq qurduna bənzər fani insan necə ola bilər? Axı bəşər oğlu bir cücüyə bənzər». |
Bible in Northern Azeri © United Bible Societies 2004, 2009, 2012.
United Bible Societies