Biblia Todo Logo
在线圣经

- 广告 -

ƏYYUB 17 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

1 Taqətim kəsilir, günlərim batır, Məni məzar gözləyir.

2 Həqiqətən, ətrafıma rişxəndçilər yığılır, Gözüm onların düşmənçiliyini görür.

3 Ey Allah, Öz hüzurunda mənə zəmanət ver. Başqa kim var ki, mənə zamin dursun?

4 Çünki onların qəlbini anlayış üçün bağladın, Ona görə onlara zəfər qazandırmayacaqsan.

5 Pul üçün dostlarını satanın Övladlarının işığı sönəcək.

6 Allah məni insanların dilinə saldı, Üzümə tüpürdülər.

7 Gözümün nuru kədərdən qaraldı, Bütün əzalarım kölgə kimi qaldı.

8 Buna əməlisaleh insanlar mat qalıb, Günahsızlar allahsızlara qarşı çıxır.

9 Saleh insanlar öz yolunu tutur, Əlitəmiz olanlar getdikcə güclənir.

10 Amma hamınız qayıdıb gəlsəniz, Aranızdan bir hikmətli insan tapmaram.

11 Günlərim ötüşdü, Fikirlərim, arzularım pərən-pərən düşdü.

12 Onlar gecəni gündüzə çevirir, “Zülmətə işıq yaxındır” deyir.

13 Əgər ölülər diyarını evimdir deyə gözləsəm, Yatağımı qaranlıqda sərsəm,

14 Qəbirə “atam sənsən”, Qurda “anam-bacım sənsən” desəm,

15 Ümidim hara gedər? Mənim ümidimi kim görər?

16 Ümid mənimlə ölülər diyarınamı düşər? Mənimlə birgə torpaq altınamı girər?»

Bible in Northern Azeri © United Bible Societies 2004, 2009, 2012.

United Bible Societies
跟着我们:



广告