YEŞAYA 12 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)Şükür məzmuru 1 O gün sən, ey İsrail, belə deyəcəksən: «Ya Rəbb, Sənə şükür edəcəyəm! Sən mənə qəzəblənirdin, Lakin qəzəbin söndü, Mənə təsəlli verdin. 2 Allah xilasımdır, Ona güvənəcəyəm və qorxmayacağam, Çünki Rəbb Allahımız qüvvətim, məzmurumdur, O mənə xilas verdi!» 3 Sevinclə xilas mənbələrindən Su çəkəcəksiniz. 4 O gün belə deyəcəksiniz, «Rəbbə şükür edin, Onun adını çağırın, Xalqlar arasında Onun işlərini bəyan edin, Onun adının ucalığını elan edin. 5 Rəbbi tərənnüm edin, Çünki O, möhtəşəm işlər gördü, Qoy bütün dünya bunu bilsin! 6 Ey Sion sakinləri, səsinizi ucaldın, Sevinclə çığırın, Çünki aranızdakı İsrailin Müqəddəsi böyükdür». |
Bible in Northern Azeri © United Bible Societies 2004, 2009, 2012.
United Bible Societies