Biblia Todo Logo
在线圣经

- 广告 -

SÜLEYMANIN MƏSƏLLƏRİ 9 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)


Hikmət yolu

1 Hikmət evini qurub, Yeddi dirəyini yonub,

2 Heyvanlarını kəsib, Şərabını hazırlayıb, Süfrəsini də düzəldib.

3 Göndərdiyi kənizlər Şəhərin uca yerlərindən car çəkərlər:

4 «Gəlin bura, ey cahillər!» Qanmazlara belə deyərlər:

5 «Gəlin, çörəyimdən yeyin, Hazırladığım şərabdan için.

6 Cəhaləti atın, ömür sürün, İdrak yolu ilə düz gedin».

7 Rişxəndçini tənqid edən özünü rüsvayçılığa salar, Şər adamı danlayan axırda ləkələnər.

8 Rişxəndçini danlama, yoxsa sənə nifrət edər, Müdrik insanı danlasan, səni sevər.

9 Hikmətliyə öyüd versən, hikmətini artıracaq, Salehə bilik öyrətsən, müdrikliyini çoxaldacaq.

10 Rəbb qorxusu hikmətin başlanğıcıdır, Müqəddəsi tanımaq idraklı olmaqdır.

11 Hikmətin vasitəsilə ömrün-günün çoxalar, Həyatına illər əlavə olar.

12 Əgər hikmət qazansan, özünə xeyir verərsən, Əgər rişxənd etsən, zərərini özün çəkərsən.


Axmaqlıq yolu

13 Axmaq qadın hay-küy salır, Cahildir, heç nə qanmır.

14 O, evinin qapısı önündə oturub, Şəhərin uca yerlərində kətil üstə əyləşib,

15 Yoldan ötənləri, Düz yolda olanları çağırır:

16 «Bura gəlin, ey cahillər!» Qanmazlara belə deyir:

17 «Oğurluq su şirin olar, Gizli yeyilən çörəyin başqa ləzzəti var».

18 Lakin yanına gələnlər bilməzlər ki, Orada ölüm var, Bu qadının çağırdıqları ölülər diyarının dərinliyindədir.

Bible in Northern Azeri © United Bible Societies 2004, 2009, 2012.

United Bible Societies
跟着我们:



广告