Biblia Todo Logo
La Biblia Online

- Anuncios -




İKİNCİ SALNAMƏLƏR 13:18 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

18 Beləcə o vaxt İsrail övladları sakitləşdilər, Yəhudalılar isə atalarının Allahı Rəbbə güvəndikləri üçün üstün gəldilər.

Ver Capítulo Copiar

Azərbaycan Bibliyası 2008

18 Beləcə o vaxt İsrail övladları sakitləşdilər, Yəhudalılar isə atalarının Allahı Rəbbə güvəndikləri üçün üstün gəldilər.

Ver Capítulo Copiar

МУГӘДДӘС КИТАБ

18 Беләҹә о вахт Исраил өвладлары сакитләшдиләр, Јәһудалылар исә аталарынын Аллаһы Рәббә ҝүвәндикләри үчүн үстүн ҝәлдиләр.

Ver Capítulo Copiar




İKİNCİ SALNAMƏLƏR 13:18
14 Referencias Cruzadas  

Asa Allahı Rəbbi çağırıb dedi: «Ya Rəbb, güclülər arasında gücsüzəm, yardım edəcək Səndən başqası yoxdur. Ya Rəbb Allahımız, bizə yardım et, çünki Sən bizim dayağımızsan və Sənin isminlə bu qoşunun üstünə gəlmişik. Ya Rəbb, Allahımız Sənsən, qoy insan Sənə üstün gəlməsin».


İsraillilər düşmənləri ilə döyüşdə kömək aldıqları üçün Həcərliləri və onlarla olanların hamısını məğlub etdilər, çünki İsraillilər döyüş zamanı Allahı çağırdılar və Ona güvəndikləri üçün Allah onları eşitdi.


Rəbb xeyirxahdır, dar gündə sığınacaqdır, Ona güvənənləri tanıyır.


Onda Navuxodonosor dedi: «Şadrakın, Meşakın və Aved-Neqonun Allahına şükür olsun ki, Öz mələyini göndərib Ona arxalanan qullarını xilas etdi. Onlar padşahın əmrinə qarşı çıxıb özlərini qurban vermək istədilər ki, özlərinin Allahından başqa bir allaha qulluq yaxud səcdə etməsinlər.


Onlar səhər tezdən qalxdı və Teqoa çölünə çıxdılar. Çıxdıqları zaman Yehoşafat durub dedi: «Ey Yəhuda və Yerusəlimdə yaşayanlar, məni dinləyin: Allahınız Rəbbə inanın, onda qorunacaqsınız, Onun peyğəmbərlərinə inanın və uğur qazanacaqsınız».


Xizqiya İsrailin Allahı Rəbbə güvəndi. Özündən əvvəl və sonra olan bütün Yəhuda padşahları arasında onun kimisi olmadı.


qabaqcadan Məsihə ümid bəsləyən bizlər Allahın izzətinin mədhi üçün mövcud olaq.


Aviya ilə xalqı onları böyük tələfata uğratdılar: İsraillilərdən beş yüz min seçmə adam həlak oldu.


Aviya Yarovamı təqib etdi və ondan şəhərləri – Bet-Eli və qəsəbələrini, Yeşananı və qəsəbələrini, Efronu və qəsəbələrini aldı.


Asa onun üzərinə getdi və Mareşada Sefata dərəsində döyüş üçün düzüldü.


Síguenos en:

Anuncios


Anuncios