Biblia Todo Logo
La Biblia Online

- Anuncios -




ÇIXIŞ 2:22 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

22 Sippora bir oğlan doğdu. Musa onun adını Gerşom qoyub dedi: «Mən yad bir ölkədə qərib oldum».

Ver Capítulo Copiar

Azərbaycan Bibliyası 2008

22 Sippora bir oğlan doğdu. Musa onun adını Gerşom qoyub dedi: «Mən yad bir ölkədə qərib oldum».

Ver Capítulo Copiar

МУГӘДДӘС КИТАБ

22 Сиппора бир оғлан доғду. Муса онун адыны Ҝершом гојуб деди: «Мән јад бир өлкәдә гәриб олдум».

Ver Capítulo Copiar




ÇIXIŞ 2:22
15 Referencias Cruzadas  

«Mən sizin aranızda qərib və qonağam. Yanınızda qəbir düzəltmək üçün mənə torpaq sahəsi satın ki, öz ölümü götürüb orada basdırım».


Ölkədən-ölkəyə, Məmləkətdən-məmləkətə köçürdülər.


Biz bütün atalarımız kimi Sənin önündə bir qərib və qonağıq. Günlərimiz yer üzündə kölgə kimidir və heç nəyə ümidimiz yoxdur.


Uşaq böyüdü və qadın onu firon qızının yanına apardı. Fironun qızı uşağı oğulluğa götürdü. O, uşağın adını Musa qoyub dedi: «Oğlanı sudan çıxartdığım üçün ona bu adı qoydum».


Qərib adama nə haqsızlıq, nə də zülm edin, çünki siz özünüz də Misir ölkəsində qərib idiniz.


Musa arvadını və oğullarını götürüb eşşəyə mindirdi və Allahın buyurduğu əsanı əlinə götürüb Misirə yollandı.


Torpaq əbədi olaraq satılmaz; çünki torpaq Mənimdir, siz isə yanımda qərib və gəlməsiniz.


Bu sözə görə Musa qaçdı. O, Midyan torpağında, qürbətdə yaşadı və orada iki oğul atası oldu.


Dan övladları orada oyma bütü qurdular və əhali əsirliyə düşən günə qədər Musa oğlu Gerşom oğlu Yonatan özü və oğulları Dan qəbiləsinə kahin oldu.


Vaxt keçdi, Xanna hamilə olub bir oğul doğdu. «Onu Rəbdən dilədim» deyərək adını Şamuel qoydu.


Síguenos en:

Anuncios


Anuncios