Biblia Todo Logo
La Biblia Online

- Anuncios -




ÇIXIŞ 11:5 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

5 Misir torpağında taxtda oturan fironun oğlundan tutmuş dəyirman arxasında olan kəniz oğluna qədər hamının ilk oğlu öləcək. Hətta bütün heyvanların da ilk balaları öləcək.

Ver Capítulo Copiar

Azərbaycan Bibliyası 2008

5 Misir torpağında taxtda oturan fironun oğlundan tutmuş dəyirman arxasında olan kəniz oğluna qədər hamının ilk oğlu öləcək. Hətta bütün heyvanların da ilk balaları öləcək.

Ver Capítulo Copiar

МУГӘДДӘС КИТАБ

5 Мисир торпағында тахтда отуран фиронун оғлундан тутмуш дәјирман архасында олан кәниэ оғлуна гәдәр һамынын илк оғлу өләҹәк. Һәтта бүтүн һејванларын да илк балалары өләҹәк.

Ver Capítulo Copiar




ÇIXIŞ 11:5
13 Referencias Cruzadas  

Hər Misirlinin ilk oğlunu, Ham nəslindən hər kişinin belindən gələn ilk oğlunu qırmışdı.


Mən isə o gecə Misir torpağından keçəcəyəm. Misir torpağında olan həm insanların bütün ilk oğullarını, həm də heyvanların bütün ilk balalarını öldürəcəyəm. Bütün Misir allahlarına da cəza verəcəyəm. Rəbb Mənəm.


Gecəyarısı Rəbb Misir torpağında olan bütün ilk oğulları öldürdü; taxtda oturan fironun ilk oğlundan tutmuş zindanda olan əsirin ilk oğluna qədər hər ilk oğul, heyvanların hər ilk balası da öldü.


Firon bizi buraxmamağa inadkarlıq edəndə Rəbb Misir torpağında olan həm insanların bütün ilk oğlanlarını, həm də heyvanların bütün ilk balalarını öldürdü. Buna görə mən bütün ilk doğulan heyvan balalarını Rəbbə qurban verirəm, bütün ilk oğullarımın isə əvəzini ödəyirəm”.


Sənə dedim ki, Mənə ibadət etmək üçün oğlumu burax! Sən isə onu buraxmaqdan boyun qaçırdın. Onda Mən sənin ilk oğlunu öldürəcəyəm”».


Bir cüt dəyirman daşı götür, unu üyüt. Örpəyini aç, balağını qaldır, Baldırların açıb çaylardan keç.


Məcburiyyət qarşısında cavanlar əl dəyirmanını çəkir, Oğlanlar odun yükləri altında səndələyir.


Dəyirmanda dən üyüdən iki qadından biri götürüləcək, o birisi isə qalacaq.


İman vasitəsilə Musa Pasxa qurbanının kəsilməsini və onun qanının çilənməsini həyata keçirtdi ki, ilk doğulanları öldürən məhvedici mələk İsraillilərə toxunmasın.


Filiştlilər onu yaxalayıb gözlərini çıxartdılar. Onu Qəzzəyə endirib tunc zəncirlərlə bağladılar. O, zindanda dəyirman daşı çəkirdi.


Síguenos en:

Anuncios


Anuncios