Biblia Todo Logo
La Biblia Online

- Anuncios -




ZƏKƏRİYYƏ 3:3 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

3 O vaxt Yeşua əyninə çox çirkli paltar geyinib mələyin önündə dayanmışdı.

Ver Capítulo Copiar

Azərbaycan Bibliyası 2008

3 O vaxt Yeşua əyninə çox çirkli paltar geyinib mələyin önündə dayanmışdı.

Ver Capítulo Copiar

МУГӘДДӘС КИТАБ

3 О вахт Јешуа әјнинә чох чиркли палтар ҝејиниб мәләјин өнүндә дајанмышды.

Ver Capítulo Copiar




ZƏKƏRİYYƏ 3:3
12 Referencias Cruzadas  

O zaman Şealtiel oğlu Zerubbabil və Yosadaq oğlu Yeşua işə başlayaraq Yerusəlimdəki Allah evinin tikintisini davam etdirdilər. Allahın peyğəmbərləri də onlarla idi və onlara kömək etdi.


Ey İsrailin Allahı Rəbb, Sən adilsən! Bugünkü kimi biz kiçik bir dəstə halında sağ qalmışıq. Budur, Sənin qarşında günah içindəyik və buna görə heç birimiz Sənin qarşında dayana bilmirik».


Xudavənd Sion qızlarının murdarlığını yuyan zaman ədalət və alov ruhu ilə Yerusəlimi günahlı qandan təmizləyəcək.


Sevinə-sevinə salehlik edəni, Yollarında Səni xatırlayanları qarşılayırsan. Amma biz günaha batdıq, Sən qəzəbləndin. Beləcə xeyli vaxt yaşadıq, Bəs biz necə xilas ola bilərik?


Hamımız elə bil ki murdarlandıq, Bütün saleh əməllərimiz murdar əskiyə bənzəyir. Hamımız yarpaq kimi soluruq, Şər əməllərimiz bizi külək tək sovurub-aparır.


Ey Allahım, qulaq verib eşit, gözünü açıb bizim viranlıqlarımızı və Sənə məxsus olan şəhəri gör. Çünki öz salehliyimizə görə deyil, Sənin böyük mərhəmətinə görə yalvarışlarımızı Sənin önündə təqdim edirik.


Məsələn, toplandığınız yerə qızıl üzüklü, gözəl geyinmiş bir adamla eyni vaxtda kasıb, nimdaş paltarlı adam da gələrsə,


başqalarını oddan qaparaq xilas edin; digərlərinə isə mərhəmət edin. Amma qorxu içində cismin ləkələdiyi paltardan belə, çəkinin.


Geyinmək üçün ona Təmiz, parlaq və incə kətan verildi». İncə kətan müqəddəslərin saleh əməllərinin rəmzidir.


Síguenos en:

Anuncios


Anuncios