Biblia Todo Logo
La Biblia Online

- Anuncios -




ZƏBUR 1:1 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

1

Ver Capítulo Copiar

Azərbaycan Bibliyası 2008

1 Pislərin məsləhəti ilə getməyən, Günahkarların yolunda dayanmayan, Rişxəndçilərin arasında oturmayan insan nə bəxtiyardır!

Ver Capítulo Copiar

ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

1

Ver Capítulo Copiar

МУГӘДДӘС КИТАБ

1

Ver Capítulo Copiar




ZƏBUR 1:1
52 Referencias Cruzadas  

Ey qəlbim, onların məclisinə getmə, Ey şərəfim, onların toplantısında olma. Çünki onlar qəzəblənəndə qətl etdilər, Əylənəndə öküzlərin ayaq vətərini kəsdilər.


O, Allahla bir yol getdi. Sonra qeyb oldu, çünki Allah onu Öz yanına götürdü.


Nevat oğlu Yarovamın günahları ilə getmək ona az gəlirdi, üstəlik Sidonluların padşahı Etbaalın qızı İzeveli də arvad alıb Baala qulluq və səcdə etdi.


Axazya da Axav nəslinin yolları ilə getdi, çünki anası ona pislik etmək öyrədirdi.


Məni incitmək, Əllərinin işini xor görmək, Pislərin niyyətlərinə işıq vermək Sənə xoşdurmu?


Görürsən ki, xoşbəxtlikləri öz əllərində deyil, Pislərin nəsihəti qoy məndən uzaq olsun!


Əgər yalançı olaraq gəzmişəmsə, Ayağım fırıldaq üçün qaçıbsa,


Oğlum, onlara qoşulma, Yollarına ayaq basma.


«Ey cahillər, nə vaxtadək Cəhaləti sevəcəksiniz? Nə vaxtadək rişxəndçilər rişxənddən zövq alacaq, Axmaqların bilikdən zəhləsi gedəcək?


Dərin ağlı olan lütf qazanır, Xainin yolu dolaşıqdır.


Hikmətli ilə oturub-duran hikmət qazanar, Axmaqlarla ayaqlaşan bədbəxt olar.


Rişxəndçilər üçün məhkəmə, Axmaqların kürəyi üçün kötək hazırlanar.


Hikmət səni pislərin yolundan, Sözü məkrli adamlardan qurtarar.


Rəbb rişxəndçilərə istehza edər, İtaətkarlara isə lütf göstərər.


Pislərinsə yolu zülmətdir, Onlar nəyə görə büdrədiklərini bilməzlər.


Əgər hikmət qazansan, özünə xeyir verərsən, Əgər rişxənd etsən, zərərini özün çəkərsən.


Kef çəkənlərin məclisində oturaraq Sevinib coşmadım, Əlin üzərimdə olduğuna görə Tək-tənha oturdum. Çünki məni qəzəblə doldurmuşdun.


Nə xoşbəxtdir o adam ki Rəbbə güvənir, Rəbbi özünə arxa sayır.


Səhrada onların övladlarına dedim: ‹Atalarınızın qaydasına görə rəftar etməyin, hökmlərinə riayət etməyin və onların bütləri ilə özünüzü murdarlamayın.


İsa ona cavab verib dedi: «Nə bəxtiyarsan, ey Yunus oğlu Şimon! Çünki bunu sənə bildirən ət və qan deyil, göylərdə olan Atamdır.


Amma İsa dedi: «Daha doğrusu, Allahın kəlamını eşidib ona riayət edənlər nə bəxtiyardır!»


O, Ali Şuranın qərarı və əməli ilə razı olmamışdı. Bu adam Yəhudeyanın Arimateya şəhərindən idi və o da Allahın Padşahlığını gözləyirdi.


Əgər bu şeyləri bilib onlara əməl edirsinizsə, bəxtiyarsınız.


İsa ona dedi: «Sən Məni gördüyün üçünmü iman etdin? Görmədən iman edənlər nə bəxtiyardır!»


Elə Məsihin vasitəsilə də daxilində qaldığımız lütfə imanla nail olduq və Allahın izzətinə ümid bağlamağımızla fəxr edirik.


Buna görə Allahın bütün zireh və silahlarını götürün ki, pis gündə müqavimət göstərib, əlinizdən gələn hər bir şeyi etdikdən sonra dayana biləsiniz.


Heyvanlardan qoşadırnaqlı, gövşəyən heyvanların hamısının ətindən yeyə bilərsiniz.


Ey İsrail! Nə bəxtiyarsan, Sənin kimisi varmı? Rəbbin qurtardığı xalqsan! Rəbb sipərdir, köməyinə çatandır, Əzəmətli qılıncındır. Sənə düşmənlər yaltaqlanır, Sən onların yuxarı yerlərini tapdalayırsan».


Siz keçmiş vaxtlarda imanlı olmayanların istəklərini yerinə yetirib həyatınızı əxlaqsızlıqla, ehtirasla, əyyaşlıqla, eyş-işrətlə, içib azğınlıq etməklə, iyrənc bütpərəstliklə keçirdiyiniz yetər!


Xalatlarını günahdan təmizləyənlər nə bəxtiyardır! Bununla da həyat ağacından yeməyə icazələri olacaq, darvazalardan keçib şəhərə girəcəklər.


Síguenos en:

Anuncios


Anuncios