Biblia Todo Logo
La Biblia Online

- Anuncios -




YEREMYA 30:8 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

8 Ordular Rəbbi bəyan edir: “O gün boynundakı boyunduruğu qıracaq, iplərini qoparacağam. Bundan sonra yadellilər onları özlərinə qul etməyəcək.

Ver Capítulo Copiar

Azərbaycan Bibliyası 2008

8 Ordular Rəbbi bəyan edir: “O gün boynundakı boyunduruğu qıracaq, iplərini qoparacağam. Bundan sonra yadellilər onları özlərinə qul etməyəcək.

Ver Capítulo Copiar

МУГӘДДӘС КИТАБ

8 Ордулар Рәбби бәјан едир: “О ҝүн бојнундакы бојундуруғу гыраҹаг, ипләрини гопараҹағам. Бундан сонра јаделлиләр онлары өэләринә гул етмәјәҹәк.

Ver Capítulo Copiar




YEREMYA 30:8
16 Referencias Cruzadas  

O gün Aşşurun yükü çiyninizdən, Boyunduruğu boynunuzdan götürüləcək. Dirçəldiyinizə görə boyunduruq qırılacaq.


Rəbb Yaqub nəslinə rəhm edəcək, İsrail xalqını yenə seçib torpaqlarına sakin edəcək, Yadellilər də Yaqub nəslinə qoşulacaq, onlarla birləşəcək.


Ölkəmdə Aşşurluları məhv edəcəyəm, Dağlarımda onları tapdalayacağam. Xalqım Aşşurun boyunduruğundan, Çiyinlərindəki yükündən qurtulacaq.


Rəbb səni ağrıdan, sıxıntıdan, Gördüyün ağır işdən qurtaranda


Çünki onlara yük olan boyunduruğunu, Çiyinlərini döyən çomağını, Onlara zülm edənlərin dəyənəyini çilik-çilik etmisən Midyanlıların başlarına gətirdiyin gün kimi.


“Sən boyunduruğunu ta qədimdən qırdın, iplərini qopardın Və ‹sənə qulluq etməyəcəyəm› dedin. Üstəlik hər uca təpənin üstündə, Hər kölgəli ağacın altında yerə sərilib Bütlərə səcdə edərək Mənə xəyanət etdin.


Bir çox millət, böyük padşahlar onları özlərinə qul edəcək. Əməllərinə və əllərinin işinə görə onlara əvəz verəcəyəm”».


«Rəbb mənə belə dedi: “Özünə qayışlarla bağlanan taxta bir boyunduruq düzəlt və boynuna tax.


Ölkəsinin axırı çatana qədər bütün millətlər ona, oğluna və nəvəsinə qulluq edəcək. Sonra isə bir çox millətlər və böyük padşahlar onu özlərinə qul edəcək.


O zaman Xananya peyğəmbər Yeremya peyğəmbərin boynundan boyunduruğu götürüb qırdı.


«Gedib Xananyaya söylə ki, Rəbb belə deyir: “Sən taxta boyunduruğu qırdın, ancaq onun yerinə dəmir boyunduruq düzəltməli olacaqsan”.


Yəhuda padşahı Yehoyaqim oğlu Yehoyakini və Babilə sürgün olunmuş bütün Yəhudalıları bu yerə qaytaracağam” Rəbb belə bəyan edir, “çünki Babil padşahının boyunduruğunu qıracağam”».


Taxpanxesdə Misirin boyunduruğunu qırdığım zaman Orada gündüz qaranlığa çevriləcək, Qürurlandığı qüdrət məhv olacaq. Şəhər buludlarla örtüləcək, Qızları sürgün olunacaq.


Çöldəki ağaclar meyvə yetirəcək, torpaq məhsul verəcək. Xalq öz torpağında asayiş içində yaşayacaq. Boyunduruq iplərini qırıb onları qul edənlərin əlindən qurtardığım zaman biləcəklər ki, Rəbb Mənəm.


İndi boyunduruğunu parçalayıb, Qandallarını qıracağam».


Síguenos en:

Anuncios


Anuncios