Biblia Todo Logo
La Biblia Online

- Anuncios -




YEREMYA 3:9 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

9 Heç əhəmiyyət vermədən zinakarlığı ilə ölkəni murdar etdi, daşlara və ağaclara səcdə edib xəyanət etdi.

Ver Capítulo Copiar

Azərbaycan Bibliyası 2008

9 Heç əhəmiyyət vermədən zinakarlığı ilə ölkəni murdar etdi, daşlara və ağaclara səcdə edib xəyanət etdi.

Ver Capítulo Copiar

МУГӘДДӘС КИТАБ

9 Һеч әһәмијјәт вермәдән эинакарлығы илә өлкәни мурдар етди, дашлара вә ағаҹлара сәҹдә едиб хәјанәт етди.

Ver Capítulo Copiar




YEREMYA 3:9
16 Referencias Cruzadas  

Amma siz, ey cadugər qadının övladları, Fahişə və zinakarlar nəsli, bura, yaxın gəlin!


Sizin payınız Vadinin hamar daşlarından düzələn bütlərdir. Onlardır, bəli, onlardır sizə nəsib olan. Onların qarşısında içmə təqdimi tökdünüz, Taxıl təqdimi gətirdiniz. Bunlara görə Mən təsəlli taparammı?


Bütlərə səcdə edənlərin hamısı Ağılsız və axmaqdır, Boş şeylərdən təlim alırlar. Büt bir ağacdır!


İlk növbədə onların təqsirlərinin və günahlarının əvəzini alacağam. Çünki iyrənc bütlərinin qurbanları ilə ölkəmi murdarladılar, mülkümü murdar bütlərlə doldurdular».


Onlar ağaca ‹atamsan›, daşa ‹bizi sən doğdun› deyir. Çünki Mənə tərəf üzlərini deyil, arxalarını çevirdilər. Ancaq üstlərinə bəla gələndə ‹qalxıb bizi qurtar› deyirlər.


Mən sizi bərəkətli torpağa gətirdim ki, Onun meyvələrindən və nemətlərindən dadasınız. Ancaq siz oraya girən kimi torpağımı murdar etdiniz, Mülkümü iyrənc bir yerə çevirdiniz.


«Başını çılpaq təpələrə tərəf qaldırıb bax. Sevişmədiyin yer varmı? Səhrada yaşayan bədəvi kimi Yol kənarında oturdun və oynaşlarını gözlədin. Zinakarlığın və pisliklərinlə ölkəni murdar etdin.


Mənim sənə verdiyim qızıl-gümüşümdən hazırlanan zinətlərini götürüb özünə kişi surətləri düzəltdin və onlarla pozğunluq etdin.


Onlar Oholanın ayıbını açdı, oğullarını və qızlarını əlindən aldı, özünü isə qılıncla öldürdü. O, qadınlar arasında rüsvay oldu, onun hökmünü yerinə yetirdilər.


Beləcə sən gənclik çağında etdiyin pozğunluğa qayıtdın. O zaman Misirlilər sənin sinənə əl sürtərək cavan döşlərini əlləşdirirdi.


Onlar cavanlıqlarında Misirdə olarkən fahişəlik etdi. Onların döşləri orada əlləşdirildi, qızlıq sinələrinə orada əl sürtüldü.


Qınayın siz ananızı, qınayın, Çünki o Mənim arvadım deyil, Mən də onun əri deyiləm. Qoy üzündə görünən fahişəliyi, Qoynunda olan xəyanəti atsın.


Xalqım ağacdan olan əşyaya sual verir, Əsalarından cavab alır, Çünki xəyanət ruhu onları azdırdı. Özlərinin Allahından ayrılıb xəyanət etdilər.


Ya Rəbb, Sənə fəryad edirəm, Çünki çölün otlaqlarını alov yandırıb-yaxdı, Bütün düzəngahın ağacları odda qovruldu.


Taxtaya “Oyan!”, dilsiz daşa “Qalx!” Deyən insanın vay halına! Büt yol göstərə bilərmi? Budur o, qızılla, gümüşlə örtülüb, Daxilində isə həyat nəfəsi yoxdur.


Mənsə sizə deyirəm ki, cinsi əxlaqsızlıqdan başqa bir səbəbə görə arvadını boşayan hər kəs onu zinaya sövq edir. Boşanmış qadınla evlənən də zina edir.


Síguenos en:

Anuncios


Anuncios