Biblia Todo Logo
La Biblia Online

- Anuncios -




YEREMYA 17:5 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

5 Rəbb belə deyir: «O adam lənətlidir ki, İnsana güvənir, Bəşərin gücünə arxalanır, Ürəyi Rəbdən ayrılır.

Ver Capítulo Copiar

Azərbaycan Bibliyası 2008

5 Rəbb belə deyir: «O adam lənətlidir ki, İnsana güvənir, Bəşərin gücünə arxalanır, Ürəyi Rəbdən ayrılır.

Ver Capítulo Copiar

МУГӘДДӘС КИТАБ

5 Рәбб белә дејир: «О адам ләнәтлидир ки, Инсана ҝүвәнир, Бәшәрин ҝүҹүнә архаланыр, Үрәји Рәбдән ајрылыр.

Ver Capítulo Copiar




YEREMYA 17:5
16 Referencias Cruzadas  

Nəfəsi burunda olan insandan əl çəkin, Onun nə dəyəri var ki?


Onunla olan insan gücüdür, ancaq bizimlə olan Allahımız Rəbdir ki, bizə kömək edir və müharibələrimizdə vuruşur». Xalq Yəhuda padşahı Xizqiyanın sözlərindən ürəkləndi.


Yəqin sən əzilmiş qamış çubuğuna – Misirə güvənirsən. Bil ki, kim ona söykənsə, əlinə batıb deşər. Misir padşahı firon ona güvənənlərin hamısı üçün belədir.


Sizin qaçıb-qurtaranlarınız aralarına sürgün edildikləri millətlər arasında Məni yada salacaq. Mənə xəyanət edən ürəklərinə, bütlərə dikdikləri xəyanətkar gözlərinə görə pərt oldum. Etdikləri pisliklərdən, bütün iyrənc işlərindən ötrü öz-özlərindən ikrah edəcəklər.


Rəbb Huşənin vasitəsilə danışmağa başlayarkən ona belə dedi: «Get xəyanətkar bir arvad al və onun kimi xəyanətkar uşaqların olsun, çünki ölkənin xalqı Rəbdən üz döndərərək Ona hədsiz xəyanət edir».


Həqiqət heç bir yerdə yoxdur, Şərdən uzaq duran talan olunur. Rəbb bunları gördü, Ədalətin yoxluğu Onun xoşuna gəlmədi.


Padşahlığının otuz doqquzuncu ilində Asa ayaqlarından xəstələndi, xəstəliyi get-gedə ağırlaşdı. Həm də xəstə olduqda Rəbbi deyil, ancaq həkimləri axtardı.


Kuşa güvənən, Misirlə fəxr edən xalq qorxacaq və xəcalətə düşəcək.


bildirin ki, İsrailin Allahı Rəbb belə deyir: “Bu əhdin sözlərinə qulaq asmayana lənət olsun.


Síguenos en:

Anuncios


Anuncios